Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı: COVID-19 pandemiyası dünyada 14,9 milyon insanın ölümünə səbəb olub


Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, COVID-19 pandemiyası birbaşa və ya dolayısı ilə 2020-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək dünyada 14,9 milyon insanın ölümünə səbəb olub. Bu rəqəm həddindən artıq ölüm göstəricisidir və pandemiya olmadan ölənlərin sayı ilə müqayisədə ölənlərin sayını əks etdirir.

"Bu məlumatlar təkcə pandemiyanın təsirinə işarə etmir, həm də bütün ölkələrin böhranlar zamanı əsas səhiyyə xidmətlərini, o cümlədən daha güclü sağlamlıq məlumat sistemlərini təmin edə biləcək daha davamlı səhiyyə sistemlərinə sərmayə qoyması zərurətinə işarə edir" - deyə, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus mətbuata açıqlamasında bildirib.

"ÜST daha yaxşı qərarlar və daha yaxşı nəticələr əldə etmək, daha yaxşı məlumatlar yaratmaq üçün sağlamlıq məlumat sistemlərini gücləndirmək üçün bütün ölkələrlə işləməyə sadiqdir" - deyə, o əlavə edib.

ÜST bildirib ki, ölüm hallarının 84%-i Cənub-Şərqi Asiya, Avropa və Amerikada cəmləşib.

Təşkilat kişilər arasında ölənlərin sayının qadınlardan 57%-43% çox olduğunu bildirib. Yaşlılar arasında ölüm nisbələri daha yüksək olub.

XS
SM
MD
LG