Accessibility links

Rüfət Bayramov: Rusiya-Ukrayna müharibəsindən sonra TRACECA xətti ilə yük axını sürətlə artmaqdadır



Rüfət Bayramov: Rusiya-Ukrayna müharibəsindən sonra TRACECA xətti ilə yük axını sürətlə artmaqdadır
please wait

No media source currently available

0:00 0:07:05 0:00

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə müsahibəsində Rusiya-Ukrayna müharibəsinin TRACECA xətti ilə yükdaşımalara təsirlərindən danışıb.

Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsi TRACECA xətti ilə yük axınına necə təsir edib? Bu mənada region dövlətlərinin, o cümlədən Çinin bu layihəyə marağı nə dərəcədə artıb?

Biz TRACECA dəhlizinə, həm də Azərbaycan üzərindən keçən dəhlizlərə çox yüksək dərəcədə maraq görürük. Təbii ki, Çin də bu prosesin əsas iştirakçısından biri olaraq öz marağını göstərməyə başlayıb.

Rüfət Bayramov: Təbii ki, Rusiya-Ukrayna müharibəsi bütün proseslərə təsir etdiyi kimi nəqliyyat infrastrukuruna da, yükdaşımalara da, nəqliyyat zəncirinə də, yəni Avropa-Asiya istiqamətində olan nəqliyyat zəncirinə də çox kəskin dərəcədə təsir edib. Bu, həmçinin bizim regionda öz əksini göstərir. Hal-hazırda biz TRACECA dəhlizinə, həm də Azərbaycan üzərindən keçən dəhlizlərə çox yüksək dərəcədə maraq görürük. Təbii ki, Çin də bu prosesin əsas iştirakçısından biri olaraq öz marağını göstərməyə başlayıb. Bu marağı Çin tərəfindən son zaman ərzində elan edilən Sian-Manheym (bu Almaniyada yerləşən bir şəhərdir) yeni marşrutu üzrə artıq yüklərin göndərilməsi də göstərir. Digər tərəfdən Rusiya istiqamətindən bir çox yükdaşıma növündən və həcmindən imtina etməsi Çinin bizim dəhlizə yüksələn marağının göstəricisidir.

Amerikanın Səsi: ТRACECA dəhlizi Rusiya, Ukrayna, Belarus ərazisi və Qara dəniz vasitəsi ilə daşınan yüklərin həcmini qəbul edə bilərmi?

Bizim dəhlizlə yük daşınmasında ən azı 3-5 dəfə artım ola bilər.

Rüfət Bayramov: Bilirsiniz, Rusiya üzərindən il ərzində bir milyon konteynerdən çox yük daşınırdı. Bizim dəhlizimizdən tarixi göstərici üzrə maksimal hədd 50-60 min konteyner olub. Təbii ki, Rusiya üzərindən daşınan yüklərin 100 faizini fiziki olaraq hazırkı vəziyyətdə bizim dəhlizimizin emal etməsi çətindir. Amma, istənilən dərəcədə ilin sonuna qədər proqnozlaşdırırıq ki, bizim dəhlizlə yük daşınmasında ən azı 3-5 dəfə artım ola bilər. Bunu nəzərə alaraq artıq region ölkələri arasında sıx məsləhətləşmələr gedir. Hətta qeyd edə bilərik ki, son bir ay ərzində Gürcüstan-Azərbaycan-Türkiyə-Qazaxıstan arasında birgə əməliyyat şirkətinin yaradılması məsələsi gündəmdədir. Bu sahə üzrə artıq məsləhətləşmələr aparılır.

TRACECA
TRACECA

Amerikanın Səsi: TRACECA xətti vasitəsi ilə yük daşımalarının həcmini daha da artırmaq üçün nə edilməlidir? Xəzər dənizindəki dəniz limanlarının yeni rekonsrtuksiyasına ehtiyac duyulurmu?

Rüfət Bayramov: Ümumiyyətlə, bu proses daimi prosesdir. Yəni, hal-hazırda bir çox yeni limanlar inşa olunub. Bu həm Türkmənbaşı limanıdır, həm Ələt qəsəbəsində yerləşən Bakı limanıdır. Bu limanların infrastrukturunun hal-hazırda cəmi 40-45 faizi yükaşırmaya cəlb olunub. Bu limanlardan hələ kifayət qədər istifadə edə bilərik. Amma, istənilən halda nəzərə alsaq ki, yükdaşımada kəskin artım olacaq, yeni limanların cəlb edilməsi, məsələn, Azərbaycan tərəfində yerləşən Hövsan limanı və digər limanların da cəlb edilməsi zəruri məsələlərdən biridir.

Amerikanın Səsi: İndi, hazırda Azərbaycan, Türkmənistan, Qazaxıstan limanları nə qədər yük aşıra bilir?

Ələt limanının illik yükaşırma həcmi hazırda 15 milyon ton, o cümlədən 150 min konteynerdir.

Rüfət Bayramov: Azərbaycanın Ələt limanının illik yükaşırma həcmi hazırda 15 milyon ton, o cümlədən 150 min konteynerdir. Türkmənbaşı limanı, həmçinin Qazaxıstan limanı da haradasa eyni rəqəmlərə malikdir. Amma, nəzərə alsaq ki, Qazaxıstanın Kurik və Aktau limanları və Türkmənbaşı limanından, yəni 50 faiz Qazaxıstan, 50 faiz Türkmənbaşı limanından yük gəlirsə, bu o deməkdir ki, artıq Ələt limanının yükgötürmə qabiliyyətinə təsir edə bilər. Yəni, nə qədər təsir edə bilər? O deməkdir ki, əgər 100 min konteyner Türkmənbaşı limanından gəlirsə, eyni zamanda 100 min konteyner Kurik və Aktau limanından yük gəlirsə artıq bizdə tək Ələt limanı işləyəcəksə müəyyən gərginlik yarana bilər. Ona görə, yük həcmlərini, yük axınlarını fərqli limanlara yönləndirmək lazımdır.

Amerikanın Səsi: Yük daşımalarını necə xarakterizə edərdiniz? Yüklər daha çox dəmir yolu, yoxsa avtomobil yolları vasitəsi ilə daşınır? Bunun perspektivlərini necə görürsünüz?

Orta Asiya-Türkiyə istiqamətində bizim dəhliz üzrə 50 min avtomobilədək hərəkət edir.

Rüfət Bayramov: Perspektiv odur ki, biz çalışırıq ki, bizim dəhlizdə bütün daşıma növləri üzrə inkişaf olsun. Yəni limanlardan həm vaqon, həm də avtomobil daşımaları həyata keçirilir. Avtomobil daşımalarından söhbət gedirsə Orta Asiya-Türkiyə istiqamətində bizim dəhliz üzrə 50 min avtomobilədək hərəkət edir. Bu da 40-ın 60-a olan nisbətindədir. Yəni avtomobillə daha çox yük daşınır.

Amerikanın Səsi: Yük axını necədir? Şərqdən qərbə doğru, yoxsa qərbdən şərqə doğru yük axınında artım var?

Rüfət Bayramov: Təbii ki, indi daha çox şərqdən qərbə doğru artım var. Bu ənənəvi olaraq belədir. Ona görə ki, Çinlə Avropa İttifaqı arasında ticarət balansı belədir, haradasa 80 faizin 20-yə nisbətindədir. Yəni, 80 faiz yük Çin istiqamətindən Avropa tərəfinə gedir və geriyə, Çinə doğru 20 faiz təşkil edir. Burada Çin istiqaməti deyəndə, biz təbii ki, Yaponiya və Cənubi Koreyanı, ümumiyyətlə Asiya ölkələrini nəzərdə tuturuq.

TRACECA haqqında qısa məlumat

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi- Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin maynda Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG