Accessibility links

Ukrayna prezidenti döyüşdə fərqlənən azərbaycanlı hərbçiləri mükafatlandırıb


Volodymyr Zelenskyy
Volodymyr Zelenskyy

Ukrayna Prezidenti Volodimir Zelenski müharibədə fərqlənən bir sıra hərbçiləri, o cümlədən azərbaycanlıları təltif edib.

Ukrayna Prezident Ofisinin məlumatına görə, Ukrayna Ali Baş Komandanının sərəncamına əsasən azərbaycanlılar Raqif Əliyev və Məcid Abdulqafarov Ukraynanın "İgidliyə görə" ordeni ilə təltif olunub. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.

Yerli medianın məlumatına görə, Ukrayna vətəndaşları olan Raqif Əliyev əslən Azərbaycanın Samux, Məcid Abdulqafarov isə Quba rayonundandır. Onlar Donbas istiqamətində xidmət edirlər, Raqif Əliyev hazırda yaralıdır.

Son məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti yaralanıb.

Report agentliynin məlumatına görə, yaralanan zabit Ruslan Əliyev Azərbaycanın Ağdam rayonundandır. O, Ukrayna ordusunun baş leytenantıdır, Ukrayna vətəndaşıdır və Donbas istiqamətində yaralanıb. Hazırda Əliyev Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır.

XS
SM
MD
LG