Accessibility links

Azərbaycanda nasizm üzərində qələbənin 77-ci ildönümü qeyd edilir


Qələbə günü
Qələbə günü

Azərbaycanda nasizm üzərində qələbənin 77-ci ili qeyd olunub.

Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək onun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan Azərbaycan vətəndaşlarının xatirəsini yad edib.

Müharibə başlayanda 3,4 milyon əhalisi olan Azərbaycandan cəbhəyə 681 min nəfər yollanıb. Onların 300 min nəfəri cəbhədə həlak olub. Bundan başqa, Azərbaycandan 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü də cəbhə xəttinə cəlb olunub.

Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirib ki, ötən il ölkədə İkinci Dünya müharibəsi veteranlarının sayı 150 nəfər olub.

“Onlardan bu gün həyatda qalanların sayı 96 nəfərdir. 88 nəfəri kişi, 8-i qadın olan veteranlarımızdan ən cavanı 96, ən qocası isə 107 yaşındadır,” o, qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev "1941–1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 96 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödənilib. Həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 4395 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım verilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG