Accessibility links

Ukraynadan olan qaçqın Azərbaycana keçiddə problemlər olduğunu bildirir


Gömrük keçid məntəqəsi

“Azərbaycanın gömrük keçid məntəqələrində Ukraynadan olan qaçqınlara ögey münasibət göstərilir, onların avtomobilləri müxtəlif bəhanələrlə ölkəyə buraxılmır. Azərbaycan hökumətinin, konkret Dövlət Gömrük Komitəsinin (DGK) bu hərəkəti Qaçqınların statusu haqqında Konvensiyanın 8, 13 və 17-ci maddələrinin kobud şəkildə pozulmasıdır. DGK-nin belə davranışı beynəlxalq öhdəliyin pozulmasıdır və məsuliyyət yaradır.”

Bu barədə Demokratiya Naminə Ukraynaya Dəstək Platformasının bəyanatında deyilir.

Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Azərbaycan hökumətini, Dövlət Gömrük Komitəsinin rəhbərliyini belə halların qarşısını almağa, bu günə qədər baş vermiş qanunsuzluqların nəticələrini dərhal aradan qaldırmağa çağırır.

“Bu cür hərəkətlər bundan sonra da davam etdirilərsə Rusiyaya yardım kimi dəyərləndiriləcəkdir. Platforma Azərbaycandakı diplomatik korpusu bu məsələni diqqətdə saxlamağa çağırır,” sənəddə qeyd edilir.

Ukrayna vətəndaşı olan Fərhad Bağırov Azərbaycanın Ağdam rayonunun Əfətli kəndində anadan olub. Onun ailə üzvləri Ukraynadan təxliyyə edilərək Azərbaycana gətirilib.

Fərhad Bağırov Amerikanın Səsinə müsahibəsində avtomoblini Azərbaycana keçirə bilmədyini deyib. Hazırda onun avtomobili Gürcüstanda dayanacaqda qalıb. Onun sözlərinə görə, o ailə üzvlərindən daha əvvəl Azərbaycana gəlib. Bundan sonra ailəsinin Rumıniyadan Azərbaycana gəlişi gecikdiyindən yenidən Rumıniyaya qayıdıb. Daha sonra avtomobili ilə Gürcüstana gəlib.

“Gürcüstanın gömrük əməkdaşları mənim fotomu və sənədlərim barədə məlumatı Azərbaycan gömrük-keçid məntəqəsinə ötürdü. Azərbaycanın kömrük-keçid məntəqəsindən bildirdilər ki, mən bir dəfə quru sərhədini keçmişəm. Bu səbəbdən avtomobilimi buraxmadılar. Hazırda avtomobilim Gürcüstanda pullu dayanacaqdadır. Gərək mayın 25-də (uç ay tamam olur) gedib avtomobilimlə Türkiyə sərhədini keçəm, sonra Azərbaycana dönüş edəm,” o Amerikanın Səsinə bildirib.

please wait

No media source currently available

0:00 0:02:24 0:00

Bununla yanaşı, Bağırov avtomobilinin hansı səbəbdən Gürcüstan və Azərbaycan gömrük-keçid məntəqələrindən buraxılmamasını izah edə bilməyib.

Azərbaycan Dövlət Gömrük Komitəsi Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən koronavirus pandemiyası ilə əlaqədar quru sərhədləri bağlıdır.

“Hazırda hava nəqliyyatı istisna olunmaqla şəxslərin dövlət sərhədindən giriş-çıxış prosesləri Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən xüsusi icazə əsasında tənzimlənir. Şəxslərin dövlət sərhədindən giriş-çıxış prosedurlarının tənzimlənməsi Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid deyil. Gömrük orqanları tərəfindən Ukraynadan gələn qaçqınların sərhədkeçmə proseslərinə süni maneələr yaradılması ilə bağlı iddialar həqiqəti əks etdirmir,” Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi qeyd edib.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib ki, Ukraynadan olan qanunsuz miqrantların sayı ilə bağlı heç nə deyə bilməz.

“Bu şəxslər hazırda qanunsuz miqrant sayılmır. Çünki onlar mövcud vəziyyətlə bağlı öz ölkələrinə qayıda bilmirlərsə, onlara fərqli yanaşmaq lazımdır. Ukraynadan olan qanunsuz miqrantların sayı çox azdır”.

Xidmət rəisi deyib ki, Ukraynadan olan miqrantlara güzəştlər tətbiq ediləcək.

“Ukraynadan olan vətəndaşların Azərbaycanda leqal olaraq qalması üçün müvafiq tədbirlər görülür. Bununla bağlı güzəştlər nəzərdə tutulur,” Hüseynov qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG