Accessibility links

Ukraynadan Azərbaycana gələn Alyona: Mən çox inanmaq istəyirəm ki, yaxında evə gedə biləcəm


Ukraynadan Azərbaycana gələn Alyona: Mən çox inanmaq istəyirəm ki, yaxında evə gedə biləcəm
please wait

No media source currently available

0:00 0:03:29 0:00

Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi iki aydan çoxdur ki, davam edir. Ukraynanın şəhərləri hərbi hava hücumları nəticəsində dağdılıb. İnsanlar həlak olub, itkin düşüb, yaralanıb. O cümlədən müharibə nəticəsində insanlar öz şəhərlərini tərk etmək məcburiyyətində qalıblar. Ukraynalılar axın-axın Avropaya, Amerikaya və başqa ölkələrə köç edirlər.

30 yaşlı Alyona qızı ilə bərabər Bakıya Ukraynanın Odessa şəhərindən gəlib. Onun sözlərinə görə, şəhərdən çıxanda vəziyyət gərgin idi. Hər yerdə həyacan siqnalının səsi gəlirdi. O, şəhərdən çıxanda ilk olaraq ən vacib əşyalarını, sənədlərini götürüb. Hətta pişiyini belə evdə qoymalı olub.

"Çox təəssüf edirəm ki, mən öz pişiyimi evdə qoydum. Mənim heç imkanım olmadı onu özümlə götürüm."

O deyir ki, Azərbaycana çox çətinliklə çatıb.

"Birbaşa reys axtarırdım, çünki əlimdə çanta, sənədlər, qucağımda balaca uşaq daşımaq ağırdır. Tranzit yollarla gəlmək çox çətindir, xüsusilə də tək olduğun halda. Mən elə bir variant axtarırdım ki, birbaşa reyslə Odesadan hansısa başqa bir şəhərə gedə bilim.”

Əslən Luhanskdan olan Alyona 2-ci dəfə qaçqın həyatı yaşayır. Onun sözlərinə görə, elə o vaxtdan müharibə onun həyatını dəyişir. Belə ki, o, 2014-cü ildə Luqanskı tərk etmək məcburiyyətində qalır və nəticədə Odessa şəhərinə gəlir.

"Mən akademiyada oxuyurdum. Bir oğlanla görüşürdüm. Onunla ailə qurmaq istəyirdim. Həyatım üçün planlarım var idi. Mən diplom işimi müdafiə edirdim. Artıq oxuyub bitirmişdim, diplomumu almaq ərəfəsində idim. Amma, elə həmin zaman müharibə başladı. 2014-cü il iyunun 2-də Luhanska kasetli bomba atıldı. Həmin gün anam öldü. Mən ondan yeddi gün sonra Xarkivə gedib, orada diplomumu müdafiə etməli idim. Kuratora zəng eləyib dedim ki, mən gələ bilməyəcəm və beləliklə mənim həyatım bütünlüklə dəyişdi."

Alyona deyir ki, hazırda Luhanskda atası yaşayır və onunla əlaqə yarada bilmir. Belə ki, bütün telefon şəbəkəsi sıradan çıxıb.

"Atam oradadır, pensiyaçıdır. 20-30 yaşlarında insanların həyatları hələ yeni başlayır və onların şəhərdən getmələri daha asandır. Amma 40 yaşından böyük insanlar üçün getmək çətindir, çünki onlar həyatları boyu bir yerdə yaşayıblar. Mənim atam da birdən hər şeyi atıb, getmək istəmədi."

Alyona Rusiyanın fevların 24-də Ukraynaya hərbi müdaxiləsindən öncə Odesa şəhərində yaşadığını deyir. Onun sözlərinə görə, Odesadakı insanlar xeyirxah və mehribandır və millətindən asılı olmayaq hər kəsi qucaqlayırlar. Ancaq indi o, vəziyyətin tamamilə dəyişdiyini deyir.

"İndi insanlar qorxurlar, şiddətə məruz qalırlar, onları nəyin gözlədiyini bilmirlər, çox qorxurlar," Alyona deyir.

Alyona Odessadan Bakıya gələndən dostlarının evində qalır. Balaca qızı bağçaya gedir. Onun sözlərinə görə, hazırda Azərbaycandan getmək fikri yoxdur. O Azərbaycanda hələ ki, qaçqınlıq statusu üçün müraciət etmədiyini deyir.

"Bildiyim qədər, qaçqın statusu sənə 1-3 il arası ölkənə geri dönməyə icazə vermir, amma mən çox inanmaq istəyirəm ki, yaxında evə gedə biləcəm, ən azından pişiyimi almaq üçün."

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:04 0:00
XS
SM
MD
LG