Accessibility links

ABŞ-da 2021-ci il narkotik maddələrdən ölümlərə görə rekord ili olub


Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin təxmin etdiyinə görə, ABŞ-da keçən il narkotiklərdən həddindən artıq dozadan istifadə nəticəsində 107 000-dən çox ölüm halları daha bir rekord ili olub.

Bu, 2020-ci ildəki rekorddan 15% çox deməkdir və ölkədə hər beş dəqiqədə bir ölüm baş verir.

Opioid ağrıkəsiciləri, digər opioidlər və heroin kimi narkotiklər bir çox ölümə səbəb olsa da, fentanil keçən il 71 000 ölümə səbəb olan aparıcı qatil olub. Bu da əvvəlki illə müqayisədə 23% artım deməkdir.

Narkotiklərlə Mübarizə üzrə Milli İnstitutun direktoru, doktor Nora Volkov son rəqəmləri Əhəqiqətən heyrətləndirici" adlandırıb.

ABŞ-da iyirmi ildən artıqdır ki, həddindən artıq dozada narkotikdən istifadə ilə bağlı ölüm hallarını artmaqda davam edir.

Ağ Evin Narkotiklərə Nəzarət Siyasəti üzrə Milli Ofisinin direktoru Dr. Rahul Qupta deyib: "Bizim hər beş dəqiqədən bir həddindən artıq dozaya görə həyatları itirməyimiz qəbuledilməzdir”.

"Bu səbəbdən [ABŞ] Prezidenti [Co] Baydenin yeni Milli Narkotiklərə Nəzarət Strategiyası həddindən artıq dozadan istifadəni azaltmaq və insanların həyatını xilas etmək üçün hazırda görməli olduğumuz tədbirlərə xüsusi diqqət yetirərək, fərdlər və icmalar üzərində mərkəzləşmiş narkotik siyasətinin yeni dövrünə diqqət yetirir” - deyə, o əlavə edib.

Fentanilin kimi preparatların bu qədər ölümə səbəb olmasının bir səbəbi onun ucuz olması və alıcının xəbəri olmadan tez-tez digər dərmanlara qarışmasıdır.

Metamfetamindən istifadə 2021-ci ildə 32 856, kokain 24 538 və reseptli ağrıkəsici dərmanlar 13503 ölümə səbəb olub.

COVID-19-un qapamaları yüksək dozadan ölüm hallarına da təsir eedib. Belə ki, narkotik istifadəçiləri üçün müalicə almaq çətinləşib.

Bəzi məlumatlar Associated Press-dən əldə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG