Accessibility links

Sərhədsiz Reportyorlar Təşkilatı blogeri azad etməyə çağırıb


Eyvaz Yahyaoğlu

"Sərhədsiz Reportyorlar" beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda həbs edilmiş bloger Eyvaz Yəhyaoğlunun dərhal azad edilməsinə çağırıb.

Mayın 12-də təşkilatın Twitter hesabında dərc olunmuş məlumatda deyilir:

"Mayın 9-da bloger Eyvaz Yəhyaoğlu polisə çağırıldıqdan sonra polisə "tabe olmama" ittihamı ilə 28 sutka həbs edilib.

Bundan sonra onun vətəndaşların hüquqlarının pozulmasını işıqlandıran YouTube kanalına daxil olmaq mümkün olmayıb.

"Sərhədsiz Reportyorlar təzyiqi dayandırmağa və onu dərhal azad etməyə çağırır".

Xatırlatma

Mayın 10-da Azərbaycan Milliyyətçi Demokrat Partiyasının fəalı, bloger Eyvaz Yahyaoğlu Şirvan şəhər Məhkəməsinin (Bakıdan 113 kilometr cənub-qərb) qərarı ilə 28 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə Amerikanın Səsinə Yahyaoğlunun ailəsindən bildiriblər.

"Eyvazı mayın 9-da Şirvan şəhər Polis Şöbəsinə çağırıblar və gecə orada saxlayıblar. Mayın 10-da Şirvan Şəhər Məhkəməsi hakim Elçin Qurbanovun sədrliyi ilə onu İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilərək 28 sutka həbs edib. Amma Eyvaz polisin tələbinə tabe olaraq özü polis şöbəsinə gedib," ailə üzvlərindən biri Amerikanın Səsinə deyib.

Dövlət tərəfindən təyin edilmiş vəkil Ruslan Mirzəyev Amerikanın Səsinə deyib ki, məhkəmədə Eyvaz Yahyaoğlu ittihamın qurama olduğunu, heç kimi təhqir etmədiyini, polisin tələbi ilə polis şöbəsinə gəldiyini dildirib.

"Amma sənədləşdirilib ki, Yahyaoğlu polisin binası qarşısında təhqiredici sözlər işlədib və bu zaman polisin tələbinə tabe olmayıb. Mənim ittiham tərəfinə suallar verməyimə baxmayaraq, məhkəmə inzibati həbs qərarı çıxardı,” vəkil qeyd edib.

Fəalın ailəsi məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Şirvan şəhər Məhkəməsindən fəala qarşı həbs qərarı ilə bağlı sorğuya cavab almaq mümkün olmayıb.

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı Amerikanın Səsinə deyib ki, Yahyaoğlu Şirvan TV adlı YouTube kanalında Şirvan rayonunda baş verən hüquq pozuntularını ictimailəşdirdiyinə görə həbs edilib.

"Söhbət Şirvanda dağıdılmış balıq zavodundan gedir. Orada dövlət əmlakının qanunsuz dağıdılması, talanmasını çəkib göstərib. Dəfələrlə bununla bağlı ona xəbərdarlıqlar edilib. Sonra isə polis bölməsinə çağırılıb".

Azərbaycan Milliyyətçi Demokrat Partiyası partiya fəalı olan blogerin həbsinin siyasi olduğunu bildirib.

"Biz və ailəsi narahatıq ki, ona qarşı orda başqa iş açıla bilər. Biz onun azad edilməsini tələb edirik," Muxtarlı qeyd edib.

Azərbaycan Milliyyətçi Demokrat Partiyası 1993-cü il dekabrıb 26-da təsis edilib. Partiya hazırda müxalifətdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG