Accessibility links

Azərbaycan və İran gömrük əməkdaşlığı haqqında protokollar imzalalyıb


Səfər Mehdiyev və Əli-Rza Müqəddəsi

Mayın 12-də İran Gömrük Təşkilatının rəhbəri bildirib ki, Azərbaycan ilə 3 əməkdaşlıq protokolu imzalanıb. Bu barədə İRNA Agentliyi məlumat yayıb.

Protokolları Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və İran Gömrük Təşkilatının rəhbəri Əli-Rza Müqəddəsi imzalayıb.

İRNA Agentliynin məlumatına görə, Əli-Rza Müqəddəsi deyib ki, Culfada (İran) iki ölkənin gömrük rəsmiləri arasında imzalanan protokolların 13 maddəsində əməkdaşlıq, iqtisadi əməliyyat, gömrük prosedurları və ikitərəfli qarşılıqlı əlaqələrin səviyyəsini daha da inkişaf etdirəcək.

Müqəddəsi bildirib ki, həmin protokollarda həmçinin İran, Azərbaycan və Rusiya arasında üçtərəfli tranzit haqqında razılıq əldə olunub.

Onun sözlərinə görə, mayın 12-də keçirilən görüşdən əvvəl İran gömrükçüləri Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirib və onların nəticələri barədə İran Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasına məlumat verilib.

İran Gömrük Təşkilatının rəhbəri bildirib ki, Azərbaycan rəsmiləri həmin protokolların maddələri ilə razılaşdıqlarını bildirib və hazırda üçtərəfli sazişin Tehranda imzalanmasına ehtiyac var.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG