Accessibility links

"Avroviziya-2022" mahnı müsabiqəsi - İctimai Televiziya ilə Avropa Yayım Birliyi arasında mübahisə


"Avroviziya-2022” mahnı müsabiqəsinin final mərhələsi zamanı baş verənlər və ondan sonra qəbul edilmiş qərarlar Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətində təəssüflə qarşılanıb.

İctimai Televiziyanın bəyanatında qeyd olunur ki, müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adları göndərilib. Həmin siyahıya əsasən 12 bal Ukraynaya verilib. Yarışma təşkilatçıları buna cavab olaraq İctimai Televiziya nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər.

"Biz bu istəyi qətiyyətlə rədd etdik. Dərhal təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərildi və canlı yayımda onlardan alınan nəticələrin deyil, bizim Münsiflər Heyətinin səslərini açıqlayacağımızı, bu məsələni isə ictimailəşdirəcəyimizi bildirdik. Yalnız bundan sonra bizə cümə axşamı keçirilən yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən "qəribəliyin" olduğu barədə məlumat verildi. Qeyd edək ki, bu "qəribəlik"lə bağlı bizə cümə axşamından şənbə günü finalın sonuna qədər heç bir məlumat verilməyib, hansısa "sübutlar" indiyə qədər təqdim olunmayıb," bəyanatda deyilir.

Yayım zamanı İctimai Televiziya nümayəndəsinin Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər. Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib.

"Halbuki, bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem yox idi. Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik. Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq," bəyanatda deyilir.

Xatırladaq ki, Avropa Yayım Birliyi "Avroviziya -2022" beynəlxalq mahnı müsabiqəsində altı ölkə üçün səsverməni elan edib.

"Avroviziya 2022" mahnı müsabiqəsinin ikinci yarımfinalının ikinci baş məşqindən sonra Avropa Yayım Birliyinin səsvermə üzrə ümumavropa tərəfdaşı tərəfindən səsverməsinin təhlili zamanı altı ölkənin nəticələrində müəyyən yanlış səsvermə sxemləri aşkar edilib," Avroviziya saytındakı bəyanatda bildirilib.

Bu səbəbdən, Eurovision saytının münsiflər siyahısından altı ölkənin - Azərbaycan, Gürcüstan, Rumıniya, Polşa, Monteneqro və San-Marino nümayəndələrini çıxarıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG