Accessibility links

McDonald's Rusiyanı tərk edir


McDonald's Rusiyada qapılarını bağlayır, nikbinlik dövrünü başa vurur və Ukraynadakı müharibə ilə əlaqədar ölkənin təcridini artırır.

Çikaqo burger nəhəngi Rusiyadakı 850 restoranını satdığını təsdiqləyib. McDonald's bildirib ki, Rusiyada 62 min işçisini işə götürəcək alıcı axtaracaq və müqavilə bağlanana qədər həmin işçilərə maaş verməkdə davam edəcək.

"Bəziləri iddia edə bilər ki, qidaya çıxışın təmin edilməsi və on minlərlə adi vətəndaşı işə götürməyə davam etmək, şübhəsiz ki, ediləcək ən doğru şeydir" - deyə, McDonald's prezidenti və baş direktoru Kris Kempjinski işçilərə yazdığı məktubda bildirib.

"Amma Ukraynadakı müharibənin yaratdığı humanitar böhrana göz yummaq mümkün deyil" - deyə, McDonald's prezidenti və baş direktoru Kris Kempjinski işçilərə yazdığı məktubda bildirib.

McDonald's bildirib ki, bu şirkət ilk dəfədir ki, böyük bir bazarı tərk edir və qızılı tağları və şirkətin adı olan digər simvol və lövhələri yığışdırmağa başlamağı planlaşdırır.

McDonald's ticarət nişanlarını Rusiyada da saxlayacağını və lazım gələrsə, onları tətbiq etmək üçün addımlar atacağını bildirib. McDonald's-ın işçilərini maaşla təmin etməsi baha başa gələn qərardır. Ötən ayın sonunda şirkət restoranların bağlanması səbəbindən hər ay 55 milyon dollar itirdiyini bildirib. Şirkət həmçinin 100 milyon dollar dəyərində inventar itirdiyini bəyan edib.

McDonald's da Ukraynada 108 restoranı bağlayıb və oradakı işçilərinə maaş verməkdə davam edir.

Qərb şirkətlərinin sanksiyalar qarşısında əməliyyatların dayandırılması və ya bağlanmasının nəticələrinə tab gətirərək, Rusiyadan çıxmaqla mübarizə aparıb. Digərləri ən azı qismən Rusiyada qalıbr, bəziləri isə geriləmə ilə üzləşib.

Fransanın avtomobil istehsalçısı Renault bazar ertəsi Rusiyanın avtomobil şirkəti Avtovazdakı böyük payını və Moskvadakı fabrikini dövlətə satacağını bildirib ki, bu, müharibə başlayandan bəri xarici biznesin ilk böyük milliləşdirilməsidir.

Miçiqan Universitetinin Ross Biznes Məktəbinin idarəetmə və təşkilatlar üzrə professoru Maksim Sitç bildirib ki, McDonald's və digər şirkətlər də Rusiya əməliyyatlarına görə müştərilər, işçilər və investorlar tərəfindən təzyiqlərlə üzləşir.

"Şirkətlərin mövqe tutmaqdan qaça bildiyi dövr bitdi. İnsanlar düzgün iş görən şirkətlərlə əlaqəli olmaq istəyirlər. Biznes və həyat üçün mənfəət marjasını artırmaqdan başqa daha çox şey var" - deyə, Sirç bildirib.

Rusiyada ilk McDonald's restoranı Moskvanın ortasında 30 ildən çox əvvəl Berlin divarının yıxılmasından az sonra açılıb. Bu, ABŞ və Sovet İttifaqı arasında 1991-ci ildə dağılacaq Soyuq Müharibə gərginliyinin yumşaldılmasının güclü simvolu idi.

İndi isə analitiklərin fikrincə, şirkətin ğlkəni tərk etməsi yeni dövrün simvolu sübut edir.

McDonald's Rusiyadakı restoranlarının 84%-nə sahibdir; qalanları françayzilər tərəfindən idarə olunur.

McDonald's-ın 100-dən çox ölkədə 39 000-dən çox rstoranıi var. Əksəriyyəti françayzilərə məxsusdur, yalnız təxminən 5%-i şirkətə məxsusdur və idarə olunur.

McDonald's bildirib ki, Rusiyanı tərk etmək bu il 1300 restoran əlavə etmək proqnozunu dəyişməyəcək və bu, şirkətin ümumi satış artımına təxminən 1,5% töhfə verəcək.

Keçən ay McDonald's Corp birinci rübdə bir il əvvəllə müqayisədə 1,1 milyard dollara nisbətən cari ilin birinci rübündə 1,5 milyard dollardan və gəlirin 5,7 milyard dollara yaxın olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG