Accessibility links

Polşa prezidenti Ali Radaya: Ölkənin gələcəyini seçmək hüququ yalnız Ukraynaya məxsusdur


Polşa prezidenti Anjey Duda Ukrayna Ali Radasında
Polşa prezidenti Anjey Duda Ukrayna Ali Radasında

Polşa prezidenti Anjey Duda mayın 22-i Kyivə gözlənilmədən səfər edərək, Rusiyanın işğalı başlayandan bəri Ukrayna parlamentində çıxış edən ilk xarici dövlət başçısı oldu.

Ali Radada çıxışı zamanı Duda ukraynalıları Rusiya prezidenti Vladimir Putinin “tələblərinə” müqavimət göstərməyə çağırdı.

Polşa prezidenti Ukrayna millət vəkillərinin qaşısında çıxış edərkən ölkənin gələcəyini seçmək hüququ yalnız Ukraynaya məxsus olduğunu dedi: “Sizin haqda heç bir şey sizsiz ola bilməz.”

Duda nitqi zamanı Ukrayna ərazisinin təslim edilməsi Qərb üçün zərbə olacağını bildirdi və Polşanın Ukraynanın Avropa İttifaqında üzvlüyünə qətiyyətli dəstək olduğunu təkrar etdi.

Aprel ayında Duda Litva, Latviya və Estoniya prezidentləri ilə bərabər Ukrayna prezidenti Volodimir Zelenski ilə danışlaq üçün Kyivə gəlmişdi.

Zelenski mayın 21-i Fransa prezidenti Emmanuel Makronun Ukraynanın Avropa İttifaqı ilə müəyyən formada “əməkdaşlıq” təklifindən imtina edib.

“Bizə bu cür kompromis lazım deyil.” – deyə, Zelenski Kyivdə Portuqaliya baş naziri Antonio Kosta ilə birgə mətbuat konfransında bildirib. Ukrayna prezidenti əlavə edib ki, bu addım Ukrayna ilə Avropa arasında deyil, Avropa ilə Rusiya arasında kompromis olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG