Accessibility links

ABŞ və İsrail dağ yəhudilərinin mədəniyyətini nümayiş etdirmək üçün birgə layihəyə başlayır


Mayın 23-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer və İsrailin Azərbyacandakı səfiri Corc Dik Quba rayonundakı Qırmızı qəsəbəyə səfər ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, səfər dağ yəhudilərinin İcması və Heydər Əliyev Fondu ilə birgə layihəyə başlamaq məqsədilə təşkil olunub.

Məlumata görə, layihənin həyata keçirilməsi nəticəsində dağ yəhudi icmasının tarixi mərkəzinin turizmə dəstək verəcəyi gözlənilir. Layihə çərçivəsində həm muzey, həm də kafe kimi xidmət etmək üçün ənənəvi yəhudi evinin bərpası və təchiz edilməsi nəzərdə tutulur.

Səfir Litzenberger qeyd edib ki, Azərbaycanın multikulturalizm ənənəsinə əsaslanaraq, bu layihə yerli mədəni ənənələri gücləndirəcək:

"Layihə, həmçinin bu icmanın mədəniyyəti və tarixi haqqında məlumatlılığı genişləndirəcək. Eyni zamanda, bu işlərə dəstək turizmi artırmaqla yerli gəlirlərin artmasına kömək edəcək".

Səfir Dikin sözlərinə görə, İsrail və ABŞ dünyada ən böyük yəhudi icmasının yaşadığı ölkə olan Azərbaycan dağ yəhudilərinin ənənələrini qoruyub saxlayacaq bir yer yaratmaq üçün əl-ələ verir:

"Bu birgə layihə Azərbaycanda yəhudilərin bəxş etdiyi sülh və birgə yaşayışı əks etdirəcək və əcnəbilərə yerli mədəniyyət və adət-ənənələr haqqında məlumat əldə etmək imkanı verəcək".

Layihəyə ABŞ-ın yardımı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan nümayəndəliyi tərəfindən Özəl Sektora Dəstək layihəsi vasitəsilə təmin edilir.

Xatırlatma

1998-ci ildən USAID kənd təsərrüfatı və turizm sektorlarına xüsusi diqqət yetirməklə ölkədə özəl sektorun inkişafına birgə sərmayələr ayırıb. Layihəyə əlavə dəstək İsrail səfirliyi, Heydər Əliyev Fondu və yerli Dağ Yəhudilərinin İcması tərəfindən veriləcək.

Dağ yəhudiləri tərəfindən qurulan və məskunlaşan Qırmızı qəsəbə Azərbaycanın ən yığcam və fəal yəhudi icmasını təmsil edir. Son 200 il ərzində böyük siyasi dəyişikliklərə şahid olan icma özünəməxsus mədəni kimliyini həm qoruyub saxlayıb, həm də inkişaf etdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Gürcüstanda hökumətin istefasını tələb edən yeni kütləvi mitinq keçirilib
please wait

No media source currently available

0:00 0:10:11 0:00
XS
SM
MD
LG