Accessibility links

Ukrayna ölən əsgərlərini dəfn edir


Ukrayna bayraqları Xarkiv şəhərinin 18 saylı qəbiristanlığında həlak olanların tabutlarını börüyüb.

Ukraynanın ikinci şəhəri yaxınlığındakı Bezliudivka qəbiristanlığından bir neçə ildir ki, hərbi sahə kimi istifadə edilirdi.

Üç ay əvvəl Rusiyanın işğalından sonra Ukrayna əsgərləri burada dəfn edilir. Şənbə günü isə daha çox əsgər yoldaşlarının yanında torpağa tapşırılıb. Estakadalara qoyulan iki tabut 1976-cı il təvəllüdlü Sergey Profotilova və 1985-ci il təvəllüdlü İqor Malenkova məxsus olub. Hər ikisi Xarkivdən şərqdə yerləşən Vilxivkada öldürülüb.

Qəbirlərində qeyd olunan rəsmi ölüm tarixi mayın 11-dir. Amma yəqin ki, bu, onların cəsədlərinin bir ay əvvəl işğaldan azad edilməzdən əvvəl şiddətli döyüşlərin olduğu kənddən çıxarıldığı vaxtdır.

"Onlar şəxsiyyətini təyin edə bilmədiyimiz daha beş cəsədlə birlikdə tapılıb" - deyə, bir əsgər bildirib.

"Biz onların edam edildiyindən şübhələnirik. Onlar başlarının arxasından güllələrlə öldürülüblər", o əlavə edib.

Təxminən bir saat davam edən mərasimdə yalnız 12 əsgər və ölənlərdən birinin qardaşı iştirak edib. Hərbi kapella bir neçə kilometr aralıda Rusiya və Ukrayna artilleriya atəşi fonunda tabutların üzərinə dualar oxuyub.

Mərasim iştirakçıları məzarların üzərinə qırmızı qərənfillər düzüb. Ölən əsgərlərdən birinin qardaşı əlində ölüm şəhadətnaməsi olan onlarla məzar cərgəsində tək başına qalıb.

Mərasimi lentə almaq və ya həlak olan döyüşçünün şəxsiyyətini müəyyənləşdirmək qadağan edilib.

XS
SM
MD
LG