Accessibility links

Bakıda çay festivalı keçirilib


Bakıda çay festivalı keçirilib
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Bakıda çay festivalı keçirilib

21 may beynəlxalq çay günüdür.

Bu səbəblə Bakının Qala kəndində festival keçirilib. Festivalda Azərbaycanın müxtəlif rayonları ilə bərabər öz ölkələrinin çay mədəniyyətlərini tanıtmaq üçün müxtəlif ölkələrin səfirlikləri də iştirak edib.

Tədbirin təşkilatçılarından biri olan Fəxrəndə Həsənzadə Azərbaycanın çay ölkəsi olduğundan belə bir günün əhəmiyyətli olduğunu deyir: "Azərbaycan çayı dünyanın ən tanınmış çaylarından biridir. Bundan əlavə biz bütün qonaqlarımıza (bu gün çoxlu turistlər olub müxtəlif ölkələrdən) Azərbaycanın milli adət-ənənələrini göstərdik və azərbaycanlıları başqa ölkələrin çay mərasimi ilə tanış etdik."

Təşkilatçılar hətta azərbaycanlıların çayla assosiasiya etdikləri nərd oyununu da diqqətdən kənar qoymayıblar və festival iştirakçılarını nərd yarışmasında iştiraka dəvət ediblər. Festival ziyarətçiləri kulinariya müsabiqəsini də izləmək fürsəti əldə ediblər.

Münsiflərindən biri olan Əliheydər Məmmədov iştirakçıların açdıqları masaları və çayın dadını dəyərləndirdiklərini deyir: "Azərbaycan ailəsinə gələn hər bir qonağı biz çayla qarşılayırıq. Somavar var idi, Qarabağ kətəsi var idi, yəni bu yerlərə daha çox üstünlük verdik."

XS
SM
MD
LG