Accessibility links

İran Azərbaycanından mis mineralının xam şəkildə çıxarılması tənqidlərə səbəb olub


Süngün Mis Mədəni
Süngün Mis Mədəni

Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət Təşkilatının rəhbəri Sabir Pərniyan keçən il ərzində vilayətdən 24 min milyard tümən dəyərində kapitalın çıxarıldığını bildirib.

Fars xəbər agentliyinin məlumatına əsasən, Təbrizdə keçirilən iclasda çıxış edən Şərqi Azərbaycan vilayətinin SMT Təşkilatının rəhbəri Vərziqan şəhərində yerləşən mis mədəninin 24 min milyard gəlirinin vilayətdən xam formada çıxdığını bildirib.

Pərniyan vilayətdən kapitalın çıxarılmasının qarşının alınmasının zəruriliyini vurğulayaraq deyib ki, özəl sektorun iqtisadi potensialını aktivləşdirmək lazımdır.

Rəsmi, həmçinin qeyd edib ki, Şərqi Azərbaycan vilayəti ölkədə ən zəngin mədən ehtiyatlarına sahibdir, lakin həmin ehtiyatlar xam formada vilayətdən çıxarılır. "Mis istehsalı kompleksi tamamlandığı təqdirdə ölkənin iqtisadi mərkəzlərindən birinə çevrilə bilərik" - deyə, əlavə edib.

Şərqi Azərbaycanın Vərziqan şəhərində yerləşən Süngün mis mədəninin ehtiyatları təmiz misə çevrilməsi üçün Kirman vilayətinə göndərilir. Bu haqda Şərqi Azərbaycanın sabiq valisi Məhəmməd Rza Purməhəmmədi "hər gün 50 milyard tümən mis konsentratının Kirmana göndərildiyini" bildirmişdi.

Süngün mis mədənində mineral konsentrasiyanın ilkin mərhələləri həyata keçirildikdən sonra mis əritmə və təmiz mis emalatı üçün Kirman vilayətinə göndərilir. Şərqi Azərbaycanın hazırkı valisi də vilayətdə, mineral zənginləşdirmə zavodlarının mövcud olmamasını tənqid etmişdi.

Vərziqan şəhəri İran Azərbaycanının Qaradağ bölgəsində yerləşir. Bölgənin zəngin yeraltı mənbələrə malik olmasına baxmayaraq, ölkənin ən yoxsul şəhərlərindən olması və əhalisinin rifah səviyyəsinin aşağı olması hər zaman Azərbaycan milli hərəkatının fəalları tərəfindən tənqid edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG