Accessibility links

Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gündə bir neçə siyasi partiya Rəsulzadənin abidəsini ziyarət edib


Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gündə bir neçə siyasi partiya Rəsulzadənin abidəsini ziyarət edib
please wait

No media source currently available

0:00 0:01:24 0:00

28 May - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gündə bir neçə siyasi partiya və ictimai fəallar Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət ediblər.

Bakının Novxanı qəsəbəsində yerləşən abidəni ziyarət edən siyasi qüvvələr arasında Milli Şura və Müsavat partiyası da var idi.

Milli Şura formalaşdıran siyasi qüvvələrdən biri olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Rəsulzadənin abidəsi önündə çıxış zamanı 104 il öncə AXC tərəfindən əsası qoyulan yaradılan təməl prinsiplərin uzun müddət aktual qalacağını vurğuladı:

“Bundan sonra da yüz illər ərzində biz həmin Rəsulzadə yolu ilə, istiqlal yolu ilə yürüyəcəyik. Və o yol deyir ki, Azərbaycan əbədiyyən müstəqil olacaq. Azərbaycan dünyanın demokratik xalqlarının, Avropa ailəsinin tam hüquqlu üzvü olacaq.”

Rəsulzadənin abidəsini ziyarət edən digər siyasi qüvvə - Müsavat partiyasının başqanı Arif Hacılı da Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu ənənələrin yaşamağa davam etdiyini dedi:

“23 ay ərzində bu cümhuriyyətin qoyduğu ənənələr, qurduğu dövlət, qurduğu demokratik institutlar, ilk növbədə isə istiqlal düşüncəsi, istiqlal məfkurəsi süqut etmədi, bu məfkurə yaşadı.”

Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 104 il öncə, 1918-ci ilin 28 may tarixində qurulub və 1920-ci ilin 27 aprel tarixində Sovet Rusiyasının işğalı nəticəsində süquta uğrayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG