Accessibility links

Bloomberg: Avropa İttifaqı Rusiya neftinin boru kəməri ilə nəqlinin embarqosunu təxirə sala bilər


Avropa Komissiyası Avropa İttifaqı ölkələrinin hökumətlərinə Rusiyaya qarşı düzəlişlər edilmiş sanksiyalar paketini göndərib. Yeni düzəlişlər Rusiya neftinin dənizlə daşınmasına qoyulan qadağaların qüvvədə saxlanılsa da, boru kəməri ilə nəqlin embarqosunun təxirə salınmasını nəzərdə tutur.

Bu barədə yazan Bloomberg və Politico nəşrlərinin fikrincə, bu, Macarıstan və dənizə çıxışı olmayan bir sıra digər Avropa İttifaqı ölkələrinə Rusiyadan xam neft almağa davam etməyə imkan verəcək.

Bloomberg-in yazdığına əsasən, Avropa İttifaqı ölkələrinə dəniz yolu ilə neft idxalından 6 ay sonra, neft məhsullarından isə 8 ay sonra imtina təklif edilir.

Söhbət Avropa İttifaqının ortaq məxrəcə gələ bilmədiyi altıcı sanksiyalar paketindən gedir. Daha öncə Macarıstan baş naziri Viktro Orban Rusiya neftinə embarqo təklifinin müzakirəsi ehtimalını istisna edib. Orban Avropa Şurasının prezidenti Şarl Mişele məktub yazaraq, ölkəsinin Rusiya neftindən uzaqlaşmasına imkan verəcək Avropa İttifaqının maliyyələşdirilməsi ilə bağlı ətraflı məlumat olmadan sanksiyaları dəstəkləyə bilməyəcəyini bildirib.

“Politico” qeyd edir ki, Rusiyaya qarşı daha sərt tədbirlərin tərəfdarları altıncı sanksiyalar paketinin qəbul edilməsi üçün bu güzəştə getməyə hazırdırlar. Yeni düzəliş edilmiş sanksiyalar paketi rəsmi olaraq hələ təqdim edilməyib.

Macarıstan qazın 85%-ni, neftin isə 60%-ni isə Rusiyadan alır. Politico nəşri daha Avropa İttifaqının Macarıstana pul təzminatı təklif edərək bununla da ölkəni sanksiyalara səs verməyə inandırmaq istədiyini yazmışdı.

Şarl Mişel bildirib ki, Rusiya Federasiyasına qarşı neft embarqosu ilə bağlı konsensus mayın 30-31-də Avropa İttifaqı sammitində əldə oluna bilər.

XS
SM
MD
LG