Accessibility links

“Küçələr bizimdir və bizim küçələrdə incəsənət olmalıdır”


Mayın 29-da aktyor Elmin Bədəlov Akademik Milli Dram Teatrının önündən başlayaraq Bakının Fəvvarələr Meydanına qədər "Yay pozaları" adlı performans nümayiş etdirib.

Elmin Bədəlovun sözlərinə görə, sakinlər şəhərin arxitekturasına soyuq və ya diqqətsiz baxır. Bu səbəbdən o, "Yay pozaları" adlı performansı ilə insanların Bakının küçələrinə onun gözü ilə baxmasını istəyir: “Bu dəfə həmin binalar fərqli olacaq və sanki performerin dekoruna çevriləcək.”

Bu, Bədəlovun ilk küçə performansı deyil. Daha öncə o, Bakı küçələrində “DAR”, “Yeddinci məkan”, “Bunker” kimi performanslar nümayiş etdirib. 2021-ci ilin iyul ayında isə aktyor performans zamanı polis tərəfindən saxlanılıb və polis idarəsində üç saata yaxın saxlanıldıqdan sonra sərbəst buraxılıb.

“Küçələr bizimdir və bizim küçələrdə incəsənət olmalıdır”
please wait

No media source currently available

0:00 0:01:02 0:00

Bədəlov Azərbaycanda küçə incəsənətinin formalaşmasında və individual performer kimi bu istiqamətdə çalışmaqda maraqlı olduğunu deyir. Lakin o əlavə edir ki, Bakıda küçə performanslarına icazə verilmir:

“Bununla bağlı Avropa Məhkəməsinə müraciət etmişəm. Onlar bizim işi qeydiyyata alıblar [icraata götürülüb - red]. Amma mən yenə davam edirəm, çünki bu, küçələr bizimdir və bizim küçələrdə incəsənət olmalıdır. Niyə də olmasın?”

Elmin Bədəlov həm də Azərbaycan Dağınıq Oda (ADO) teatrının yaradıcısıdır. Teatr pandemiya və maddi çətinliklər səbəbindən ofisini itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG