Accessibility links

Zelenski Xarkivə gözlənilməz səfər edib


Mayın 29-u Ukrayna prezidenti Volodimir Zelenski ölkənin şimal-şərq hissəsində yerləşən Xarkiv şəhərinə gözlənilməz səfər edib. Xarkiv Ukraynanın ikinci ən böyük şəhəridir və Ukrayna prezidentinin fevralın 24-də başlayan Rusiya işğalı dövründə ziyarət etdiyi ilk şəhərdir.

Zelenski cəbhə mövqelərində olan əsgərlərə baş çəkib, Xarkivin meri İhor Terexov da daxil olmaqla, yerli rəsmilərlə və hərbi komandanlıqla görüş keçirib.

“Siz bizim hər birimiz üçün və ölkəmiz üçün həyatınızı təhlükəyə atırsınız” – deyə, Ukrayna prezidenti bölgədə döyüşən qüvvələrə təşəkkür edib.

Reuters agentliyi bildirir ki, Zelenskinin səfərindən saatlar sonra şəhərdə bir neçə partlayış səsi eşidilib və mərkəzdən şimal-şərq hissədə tüstü dumanı görünüb. Ukraynanın Fövqəladə Hallar Xidmətinin verdiyi məlumata görə, Rusiyanın artileriya hücumları şəhərin müxtəlif nöqtələrində yanğınlara səbəb olub.

Rusiya bir neçə həftə öncəyə qədər Xarkivi bomba və artileriya hücumlarına məruz qoyub və Ukrayna döyüşçülərinin müqaviməti nəticəsində bu mövqelərində çəkilmək məcburiyyətində qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG