Accessibility links

AXCP fəalı həbs edilib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Razi Alışovun Gəncə şəhərində saxlandığı bildirilir.

Bu barədə Amerikanın Səsinə AXCP-dən məlumat verilib.

"Ailəsinə bildiriblər ki, narkotik maddələrlə bağlı araşdırma aparılır. Mayın 20-da Alışovun evində videoçəkilişlə axtarış aparılıb. Anasına hansısa kağıza qol çəkdiriblər. Gözlüyünü götürməyə imkan verməyiblər ki, yazılanları oxusun”, partiyadan bildiriblər.

AXCP hesab edir ki, fəal siyasi fəaliyyətinə görə təqib olunur.

Öz növbəsində Azərbaycan Daxili İşlər Nazirliyi Razi Alışovla bağlı rəsmi açıqlama verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə Razi Alışov adlı şəxsin müxalif fikirli olduğuna görə şərlənərək həbs olunduğu iddia edilir.

"Həmin iddiaları tirajlayanlara müraciət edərək bildirirəm ki, narkotiklərin satışı ilə məşğul olanları müdafiə etməkdənsə belələrini kəskin qınamalıyıq. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hər gün onlarla şəxs saxlanılaraq barələrində müvafiq tədbirlər görülür. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər siyasi baxışlarına və cəmiyyətdə tutduqları mövqelərinə görə deyil, törətdikləri konkret əmələ görə məsuliyyətə cəlb olunurlar.

Gəncə şəhər sakini Razi Alışov da dünən Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik vasitə olan metamfetamini satarkən tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayə işi başlanılıb, istintaq davam etdirilir. Vətəndaş Razi Alışov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib" - deyə, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG