Accessibility links

Şimali Koreyada COVID vəziyyəti sirr olaraq qalır


İki ildən artıqdır ki, COVID-19 pandemiyasının dünyanın bir çox hissəsini bürüdüyü vaxt Şimali Koreyanın koronavirusa heç bir yoluxma halının qeydə alınmadığında təkid etməsi əksər ekspertlərin fikrincə, demək olar ki, qeyri-mümkündür.

May ayının ortalarında Şimali Koreya şübhəli halların üzə çıxdığını bildirdikdə və ordunu "böyük milli fövqəladə vəziyyət"ə nəzarət üçün səfərbər etdikdıə vəziyyət dəyişdi.

Bir çox xarici hökumət və beynəlxalq humanitar qruplar ən pisindən qorxurdular: Şimali Koreyada baş verən epidemiya elə bir həddə gəlib çatıb ki, hətta Pxenyan da bunu gizlətməyə cəhd edə bilməyib.

Bununla belə, Şimali Koreyanın açıqlamasından sonra iki həftə ərzində dövlət mediası vəziyyətin sürətlə yaxşılaşdığını bildirir.

Gündəlik Rodong Sinmun-da dərc olunan gündəlik rəqəmlərə görə, yeni və mövcud halların sayı mayın ortalarından bəri kəskin şəkildə azalıb. Son bir həftə ərzində dövlət qəzeti epidemiya ilə bağlı yalnız iki ölüm hadisəsi barədə məlumat verib.

Dövlət mediası bazar günü Şimali Koreya lideri Kim Con Unun ölkə boyu nəzarət edilən və yaxşılaşdırılan pandemiya vəziyyətini müsbət qiymətləndirdiyi iclasa sədrlik etdiyini bildirib. Elə həmin gün paytaxt Pxenyanda pandemiya ilə bağlı karantin qismən yumşaldılıb.

Qarışıq mesajlar Şimali Koreyanın COVID-19 epidemiyasını sadəcə qeyri-mümkün olan rəsmi rəqəmləri dərc etmək üçün nəhayət nəyə görə etiraf etdiyini anlamağa çalışan müşahidəçiləri çaşdırır.

Bazar ertəsi günü Şimali Koreyada 3,55 milyon şübhəli COVID-19 hadisəsi qeydə alınıb ki, bu da ölkənin ümumi əhalisinin təxminən 14%-ni təşkil edir. Bununla belə, Şimali Koreyanın dövlət mediası yalnız 70 nəfərin öldüyünü bildirib.

Şimali Koreya rəqəmlərinə inanmalı olunsa, ölkədə COVID-19-dan ölüm halları 0,002% təşkil edib və bu, dünyada ən yaxşı göstəricidir.

Cənubi Koreyada müqayisə üçün COVID-19-dan ölüm nisbəti 0,13% təşkil edib. Cənubi Koreyanın ölüm nisbəti Şimali Koreyada şübhəli yoluxma hallarına tətbiq edilsə, bu, 4600-dən çox insanın öldüyü deməkdir.

Lakin iki Koreyanı müqayisə etmək ağlabatan nəticə verməyəcək, çünki Cənubi Koreya effektiv və müasir səhiyyə sisteminə və dünyada COVID-19-a qarşı ən yüksək vaksinasiya göstəricilərindən birinə malikdir.

"Digər tərəfdən, Şimali Koreya koronavirusa qarşı kütləvi peyvəndləmə kampaniyasına başlamayıb və səhiyyə sistemi qeyri-adekvatdır," Cənubi Koreya hökumətinin profilaktik tibb mütəxəssisi və COVID-19 siyasəti üzrə müşaviri Jung Hae-hun qeyd edir.

Şimali Koreya böyük ölçüdə COVID-19 testləri üçün ləvazimatların olmaması səbəbindən yoluxmaların tam miqyasını bilməyə bilər.

Son iki i ərzində Şimali Koreya Ümumdünya Səhiyyə Təşkilatına əsas etibarilə müntəzəm COVID-19 test rəqəmləri bildirsə də, bu həftəlik rəqəmlər heç vaxt 1800-ü keçməyib.

O zaman Şimali Koreya nə üçün ümumiyyətlə COVID-19 epidemiyası olduğunu açıqlayıb? Nə üçün ölkənin hər hansı pandemiya problemi yaşadığını inkar etmək mümkün olmadı?

Bir mümkün motivasiya şübhəli halların çox cəmləşdiyi Pxenyandakı siyasi elitanı sakitləşdirmək ola bilər.

Ekspertlər bildirir ki, Şimali Koreyanın yeni yanaşması ən azı qismən Pxenyan sakinlərinin narahatlığını aradan qaldırmaq və onlara yüksək rəhbərliyin böhranı idarə etdiyini göstərmək məqsədi daşıya bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG