Accessibility links

İlham Əliyev ABŞ dövlət katibi müavininin müşaviri ilə görüşüb


İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib
İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib

Prezident İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Lokmanı qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytında məlumata görə, görüş zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunulub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulanıb. Azərbaycandan Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, qlobal enerji layihələrinin həyata keçirilməsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında ABŞ hökumətinin Azərbaycana verdiyi daimi dəstək yüksək qiymətləndirilib.

Azərbaycanda elektrik enerjisi və bərpa olunan enerji sahəsində həyata keçirilən genişmiqyaslı işlərdən danışılıb.

Danışıqlar zamanı Bakıda keçirilən ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəmi qeyd edilib və bu tədbirin energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirilib.

Xatırlatma

ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlərdə və “Bakı Enerji Həftəsi” tədbirində iştirak etmək üçün 30 may - 2 iyun tarixlərində Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, dövlət katibinin köməkçisinin müavini Laura Lokman Dövlət Departamentinin Energetika Resursları Bürosunun Enerji Diplomatiyası komandasına rəhbərlik edir. Energetika Resursları Bürosunun əsas vəzifələrdən biri ABŞ-ın Azərbaycanla və digər ölkələrlə enerji əlaqələrinin gücləndirilməsidir.

XS
SM
MD
LG