Accessibility links

Azərbaycana geri göndərildikdən sonra həbs edilən fəalların yaxınları Almaniya səfirliyi önündə etiraz aksiyası keçirib


Almaniyadan Azərbaycana qaytarıldıqdan sonra həbs olunan fəalların yaxınları.

Mayın 31-də Almaniyadan Azərbaycana geri göndərilən və daha sonra ölkədə həbs olunan keçmiş mühacirlərin yaxınları Almaniya səfirliyi qarşısında etiraz aksiyası keçirib. Onlar bu həbslərin siyasi sifariş olduğunu deyirlər.

Pünhan Kərimlinin atası Vahid Kərimov
Pünhan Kərimlinin atası Vahid Kərimov

Oğlunun vergi departamentindən çıxarkən küçədə saxlandığını deyən Pünhan Kərimlinin atası Vahid Kərimov etirazda iştirak edənlərdən biri idi. “Əvvəlcə polis oğlumun qanunsuz silah daşımaqda şübhəli bilinərək saxlanıldığını deyib. Sonra bu silah narkotikə çevrilib. Oğlumu uydurma ittihamla həbs etdikləri azmış kimi, onun işi üzrə məhkəmə də faktiki olaraq qapalı rejimdə keçirilir” – deyə, Kərimov bildirir.

Pünhan Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalıdır və Almaniyadan Azərbaycana göndərildikdən sonra həbs olunan mühacirlərdən biridir. O, narkotik maddələrin satışında ittiham edilir.

Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova
Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova

Almaniyadan çıxarılan və daha sonra həbs edilən digər fəal - Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova Almaniya səfirliyindən cavab ala bilmədiklərini deyir: “Mən dəfələrlə səfirliyə yazmışam, məni qəbul etmələrini xahiş etmişəm, amma cavab yoxdur. Bizi Almaniyadan göndərərkən Samirin təqib olunmayacağını deyiblər, amma onu demək olar ki, dərhal həbs etdilər.”

Samir Aşurov aprelin 19-da saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, buna səbəb Samir Aşurovun münaqişə zəminində Şəki sakini Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməsi olub. Aşurova qarşı qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə cinayət işi qaldırılıb. O, bu ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu deyir.

Həbs olunan keçmiş mühacirlərin yaxınlarının Almaniya səfirliyi önündəki etirazı uzun çəkməyib. Polis aksiya iştirakçılarının əlindən plakatları alıb, özlərini isə səfirliyin önündən uzaqlaşdırıb. Aksiyada iştirak edənlər bildiriblər ki, Almaniya səfirliyinə üç dəfə müraciət etsələr də, səfirlikdən heç kim onlarla görüşməyib.

Azərbaycana geri göndərildikdən sonra həbs edilən fəalların yaxınları Almaniya səfirliyi önündə etiraz aksiyası keçirib
please wait

No media source currently available

0:00 0:01:21 0:00

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə qaytarılan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb.

Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar. Daha bir fəal Ziya İbrahimliyə isə mayın 19-da Almaniyadan Azərbaycana readmissiya olunan kimi 30 sutka inzibati həbs cəzası verilib.

Amerikanın Səsi məsələ ilə bağlı bağlı Almaniya səfirliyinə sorğu ünvanlayıb, sorğuya cavab verildiyi zaman səfirliyin mövqeyi məqalədə əks olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG