Accessibility links

Azərbaycanda İqtisadiyyat Nazirliyinin iki vəzifəli şəxsi həbs olunub


Azərbaycanda İqtisadiyyat Nazirliyinin iki vəzifəli şəxsi həbs olunub.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və İqtisadiyyat Nazirliyi birgə məlumat yayıb.

Məlumatda deyilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır.

"Aparılmış istintaqla Xidmətin 6 saylı Ərazi Vergilər Baş İdarəsində şöbə rəisi işləyən Haşımov Mircavad həmin İdarədə böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Kazımov Zakir ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq, yəni vergi ödəyicisinin fəaliyyətində aşkar edilmiş pozuntularla bağlı operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməməsinə görə vətəndaşdan 2020-2021-ci illər ərzində 2 dəfə olmaqla, cəmi 20 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilmişdir" - deyə, məlumatda qeyd edilir.

Mircavad Haşımov və Zakir Kazımov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlumatda, həmçinin hazırda cinayət işi üzrə zəruri istintaq tədbirlərinin davam etdirildiyi də açıqlanıb.

Azərbaycanda son zamanlar bir sıra yüksək vəzifəli şəxs rüşvət və korrupsiya ittihamları ilə həbs edilib. Prezident İlham Əliyev bu il sentyabrın 14-də Şəmkir və Cəlilabad rayonlarına icra hakimiyyəti başçılarının təyinatı zamanı korrupsiyaya uğramış məmurlara qarşı münasibətin daha sərt olacağını bir daha bəyan edib.

Hüquq müdafiəçiləri, ekspertlər hesab edir ki, korrupsiyaya qarşı mübarizə "kosmetik" xarakter daşıyır.

İdarəçilik üzrə ekspert Bəxtiyar Hacıyevin qənaətincə, ölkədə korrupsiyanı yaradan əsas səbəb siyasi iradədir.

Onun firkincə, korrupsiyaya qarşı sistemli mübarizə aparılmalıdır. Bu olmasa korrupsiyanın səviyyəsi azalmayacaq.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, Korrupsiya haqqında qanunun qəbul edilməsinə baxmayaraq, hələ də vəzifəli şəxslərin gəlir bəyannaməsi işlək deyil.

"​Biz dövlət başçısından tutmuş, universitet rektorlarına qədər vəzifəli şəxslərin maliyyə vəziyyətləri, iqtisadi durumları barədə əslində cəmiyyət olaraq məlumatlı olmalıyıq. Amma bu illər ərzində baxmayaraq, qanun qəbul edilib, qanunda göstəriş var, hökümət siyasi iradə ortaya qoyub gəlir bəyannaməsini cəmiyyətə təqdim etməkdən yayınır. Bu da nəyi təsdiq edir. Bu onu təsdiq edir ki, Azərbaycan hakimiyyəti sadəcə gözdən pərdə asmaq üçün ayrı-ayrı epizodlarda vəzifəli şəxslər barədə korrupsiya yrürşləri həyata keçirir" - deyə, o bildirib.

please wait

No media source currently available

0:00 0:02:41 0:00
Direct link

Ekspertlər vəziyyətdən çıxış üçün vətəndaşların fəallığının artırılmasını, siyasi partiyaların mübarizədə fəal olmasını, vətəndaşların dövlət büdcəsinə özlərininki kimi baxmasını vacib sayır.

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev yanvarın 24-də keçirilən kollegiya iclasında bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2021-ci ildə 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

"Hesabat dövründə cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə Baş idarə tərəfindən istintaqı başa çatdırılmış cinayət işləri üzrə 39 milyon 285 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 2 milyon 195 min manat ödənilməklə 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub," Kamran Əliyev qeyd edib.

Azərbaycanın Baş Prokuroluğu Amerikanın Səsinin korrupsiyaya qarşı mübarizə ilə bağlı suallarının cavabında bu günlərdə bildirib ki, ölkədə korrupsiyaya qarşı mübarizə bu sahədə mövcüd olan güclü siyasi iradəyə uyğun olaraq bütün istiqamətlərdə aparılır.

Bununla yanaşı, 2021-ci ildə beynəlxalq jurnalist araşdırmalarında Azərbaycanın yüksək vəzifəlıi şəxslərinin xarici ölkələrdə dəyəri yüz minlərlə dollar hesablanan əmlakları barədə məlumatlar dərc edilib. Azərbaycan müxalifəti bu məlumatların araşdırılıb hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına müraciət etsə də, hələ ictimaiyyətə araşdırılmaların aparılıb-aparılmaması barədə məlumat verilməyib.

Belə ki, yalnız Pandora Sənədlərində Azərbaycan iqtidarının və onların ortaqlarının son 15 ildə Britaniyada 544 milyon dollar dəyərində əmlak əldə etdiyi iddia olunur.

Transparency İnternational beynəlxalq şəffaflıq təşkilatı yanvarın 25-də 2021-ci il üçün illik hesabtını dərc edib. Hesabatda 180 ölkənin dövlət sektorunda əhali tərəfindən korrupsiyanın dərk edilməsi səviyyəsi təqdim edilib.

Azərbaycan korrupsiya indeksində digər yeddi ölkə ilə birlikdə 128-ci yeri qoruyub saxlayıb (30 bal).

Ölkə Avropada siyasətçilərin ələ alınması, habelə ali rəhbərliyin vəsaitlərinin yuyulması ilə bağlı bir neçə korrupsiya qalmaqalında yer alıb. 2018-ci il istisna olub, həmin il korrupsiya səviyyəsi 25 bala düşüb.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG