Accessibility links

Rusiya Ukraynanın Severodonetsk şəhərini amansızcasına atəşə tutub


Rusiya Ukraynanın şərqindəki Severodonetski amansızcasına atəşə tutub.

Luqansk vilayətinin qubernatoru Moskva qüvvələrinin hazırda şəhərin 70%-nə nəzarət etdiyini və mülki əhalinin təxliyəsinin dayandırıldığını etiraf edib.

Luqansk qubernatoru Serhiy Hayday bildirib ki, bəzi Ukrayna qoşunları hələ də Rusiyanın hücumuna qarşı vuruşur, digərləri isə geri çəkilib.

"Humanitar yardım gətirmək imkanı yoxdur" - deyə, Hayday Telegram-da yazıb. Lakin o deyib ki, Luqansk vilayətində Rusiya və ya Moskvanın dəstəklədiyi separatçılar tərəfindən ələ keçirilməyən yeganə digər şəhər olan Lisiçansk hələ də Ukraynanın "tam"nəzarəti altındadır.

Severodonetsk uğrunda döyüşlər daha əvvəl prezident Vladimir Zelenski hökumətini devirmək və ya paytaxt Kyivi ələ keçirmək üçün üç aylıq hücumu zamanı uğursuzluğa düçar olan Ukraynanın şərq hissəsindəki sənayeləşmiş Donbas bölgəsinə nəzarəti ələ keçirmək məqsədi üçün həlledici olaraq qalır.

Əgər Rusiya Siverski Donetsk çayının qərb sahilində yerləşən Severodonetski və onun Lisiçanski ələ keçirsə, Moskvanın separatçılar adından iddia etdiyi Donbasdakı iki əyalətdən biri və prezident Vladimir Putinin əsas müharibə məqsədi olan Luqanskın hamısını tutacaq.

XS
SM
MD
LG