Accessibility links

Almaniyadan deportasiya olunan fəalın apellyasiya şikayəti təmin edilmədi 


Cəfər Mirzəyev

İyunun 3-ü Bakı Apellyasiya Məhkəməsində 2021-ci ilin noyabrında Almaniyadan Azərbaycana readmissiya ilə qayıdan və bir müddət sonra həbs olunan Cəfər Mirzəyevin məhkəmə prosesi baş tutub.

Cəfər Mirzəyev bu ilin yanvarında narkotik maddələrinin satışında ittiham edilərək, polis tərəfindən saxlanılıb. Bu ittihama əsasən o, 5 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Mirzəyevin vəkili deyir ki, o, həbs qətimkan tədbiri 20 gün uzadıldığına görə apellyasiya məhkəməsinə şikayət vermişdi. Bu gün keçirilən apellyasiya məhkəməsində həmin şikayət təmin edilməyib.

Qardaşının sözlərinə görə, Mirzəyev yeddi il yarım öncə Almaniyaya qazanc üçün gedib və Almaniyada olarkən Azərbaycandakı hadisələrlə bağlı etiraz mitinqlərinə qatılıb. Vüsal Mirzəyev bildirir ki, qardaşı 2021-ci ilin noyabrında Azərbaycana qayıtdıqdan sonra təhlükəsizlik orqanları tərəfindən sorğu-sual olunub və 2022-ci ilin yanvar ayında həbs edilib.

Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Cəfər Mirzəyev, Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, və Samir Aşurov müxtəlif səbəblərlə həbs olunublar. Daha bir fəal Ziya İbrahimliyə isə mayın 19-da Almaniyadan Azərbaycana readmissiya olunan kimi 30 sutka inzibati həbs cəzası verilib.

2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə qaytarılan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG