Accessibility links

"Müdafiə Xətti” Azərbaycanda insan hüquqlarının son durumu haqda mətbuat konfransı keçirib


İyunun 3-də "Müdafiə Xətti” hüquq müdafiə təşkilatı mətbuat nümayəndələri qarşısında 2022-ci ilin may ayında Azərbaycanda insan hüquqlarının vəziyyəti haqda hesabatını açıqlayıb.

Konfransda media nümayəndələri ilə yanaşı, hüquq müdafiəçiləri, insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin ailələri və keçən ay əfv sərəncamı ilə azadlığa buraxılan siyasi fəallar da iştirak ediblər.

"Müdafiə Xətti” təşkilatının icraçı direktoru Rüfət Səfərov keçən ay ərzində Azərbaycanda insan hüquqları ilə bağlı durumun daha da pisləşdiyini bildirdi və 14 may aksiyası zamanı etirazçıların saxlanılması və üzləşdiyi zorakılıq haqda danışdı:

"Müdafiə Xətti” Azərbaycanda insan hüquqlarının son durumu haqda mətbuat konfransı keçirib
please wait

No media source currently available

0:00 0:02:25 0:00

“25-dən çox aksiyaçı zorakılıqla saxlanılıb, polis bölmələrinə aparılıb. Bəzi aksiyaçılar əvvəldən tutularaq Bakıdan kənar məntəqlərə aparılıb, aksiya bitəndən sonra köməksiz vəziyyətdə sərbəst buraxılıblar. “Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbərin cinsiyyət orqanına təpiklə zərbə endirilib, o öz üzərində nəzarəti itirib.”

Rüfət Səfərov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gəncə şəhər təşkilatının üzvü Razi Alışovun həbsi və keçmiş siyasi məhbus Rəşad Ramazanovun narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılmasına da toxunub.

“Kim bu hökuməti istəmirsə, kim bu hökuməti qəbul etmirsə, siyasətini bəyənmirsə, ümumiyyətlə bu ölkədə hakim siyasəti, cənab İlham Əliyevin adını dilinə gətirib tənqidi fikir söylədisə, narkobarondur.”

Daha sonra konfrans təşkilatçıları “Azad söz” YouTube kanalının rəhbəri Tural Sadıqlı ilə canlı bağlantı qurdurlar. Sadıqlı jurnalist fəaliyyətinə görə həyatının hələ də təhlükədə olduğunu dedi:

“Çox təəssüf edirəm ki, istər mənim bu məsələni ictimailəşdirməyimdəm, istər ictimai-siyasi şəxslərin bu məsələyə diqqət ayırmasından sonra hələ də, məndə olan məlumata görə, onlar fikirlərindən daşınmayıblar.”

Mətbuat konfransı zamanı “Müdafiə Xətti” təşkilatınının nümayəndələri 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist və hüquq müdafiəçisi Elçin Məmmədin aclıq aksiyasına başladığını və Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyevin hakimiyəti tənqid etdiyinə görə məhkəmələrin onun barəsində sifarişli ittiham hökmləri çıxardığını bildiriblər.

Rəsmi qurumlar bu hesabatla bağlı şərh verməyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG