Accessibility links

Rəbiyyə Məmmədova ictimai fəaliyyətinə görə anasının təzyiqə və zorakılığa məruz qaldığını bildirir


Rəbiyyə Məmmədova ictimai fəaliyyətinə görə anasının təzyiqə və zorakılığa məruz qaldığını bildirir
please wait

No media source currently available

0:00 0:02:59 0:00

İyunun 3-də ictimai fəal Rəbiyyə Məmmədova sosial şəbəkə vasitəsilə 59 yaşlı anası Bəsti Məmmədovanın iş yerində döyüldüyü ilə bağlı məlumat yayıb. Məmmədova hadisənin Binəqədi Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin 102 saylı mənzil-kommunal istismar sahəsində baş verdiyini bildirir.

İctimai fəal bildirir ki, iyunun 3-də, saat 17:55 radələrində iş yoldaşı anasına fiziki zorakılıq göstərib və dodağını partladıb: “Anamın çantası ilə anamın başına, üzünə zərbələr endirməyə başlayıb, saçını yolub. Anamın dizi xəstədir, işdə də bilirlər ki, onun dizində problem var, ayağı ilə dizinə təpik vururmuş. İş yoldaşları həmin şəxsin əlindən anamı alıblar”.

Məmmədovanın sözlərinə görə, bu hadisəyə qədər anası dəfələrlə ona hücum edən şəxs tərəfindən şifahi təzyiqlərə məruz qalıb: “Mənim sosial şəbəkələrdəki şəkillərimi, videolarımı anamın iş yoldaşlarına göstərirmiş, işdə anamı təqib edirmiş. Deyirmiş ki, sənin qızın fahişədir, sənin qızın lezbiyandır, qızının ipini yığ. Niyə qızına qarşı ölçü götürmürsən?”

Anasına qarşı təzyiqin sifarişli olduğunu güman edən ictimai fəal Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edərək, anası ilə bərabər Binəqədi Rayonu Polis İdarəsinin 5-ci polis bölməsinə izahata gedib. Polis bölməsində Bəsti Məmmədova üçün növbəti günə ekspertiza təyin edilib.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev nazirliyin məsələdən məlumatlı olduğunu və polis tərəfindən araşdırma aparıldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG