Accessibility links

Ermənistanda müxalifət aksiyasında polislə toqquşmadan sonra 13 nümayişçi saxlanılıb


Azadlıq Radiosunun erməni xidmətinin polisə istinadən verdiyi məlumata görə, iyun 3-ü Ermənistan baş naziri Nikol Paşinyanın rezidentsiyası qarşısında toqquşma faktı ilə əlaqədar cinayət işi açılıb.

Ermənistan paytaxtında itaətsizlik aksiyaları davam edir. Ermənistan müxalifəti baş nazir Paşinyanın Dağlıq Qarabağla bağlı birtərəfli güzəştlər siyasəti aparmaqda ittiham edir və onun istefasını tələb edir.

Ermənistanın istintaq komitəsinə əsasən iyunun 3-ü etirazçıların polislə toqquşmasından sonra “Kütləvi iğtişaşlar” maddəsi ilə cinayət işi açılıb və 13 nəfər saxlanılıb.

Ermənistan polisi bildirir ki, Yerevandakı toqquşmalarda 45 polis xəsarət alıb.

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, tibb müəssisələrinə müxtəlif xəsarətlərlər 15 vətəndaş müraciət edib. Nazirlik əlavə edir ki, onlardan birinin üzərində əməliyyat keçirilib və vəziyyəti ağır olaraq qalır.

XS
SM
MD
LG