Accessibility links

Formula-1 yarışlarına görə Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb


"Formula-1" Azərbaycan Qran-prisi

İyunun 6-dan etibarən Azərbaycan Qran-pri yarışının keçirilməsilə əlaqədar paytaxtın mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə,iyunun 6-dan iyunun 13-dək nəqliyyatın hərəkətinin məhdudlaşdırımasında məqsəd “Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar keçirilən tədbirdə paytaxt ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etməkdir.

“Formula 1 istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorge, Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayel Useynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adlı küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

Afiyəddin Cəlilov-Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsində sağa yalnız 28 May küçəsinə:

20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq Meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament Prospektinə:

Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə:

Bakı-Zığ yolu-Nobel Prospekti, eləcə də Hava Limanı-Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev-Babək prospekti, 10-cu Zavod Dairəsindən-Nərimanov rayon ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə:

Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur.

Üzeyir Hacıbəyov küçəsindən kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsində iki istiqamətli hərəkət müəyyənləşdirilib"deyə məlumatda deyilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi , avtomobil sürücülərindən iyunun 13-dək mərkəz istiqamətində hərəkətlərini məhdudlaşdıraraq ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edir.

Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində Bakıda baş tutacaq.

Formula 1 yarışı Azərbaycanda 2016-cı ildən keçirilir.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG