Accessibility links

Müsəlman Birliyi Hərəkatının sədri işgəncə və təhqirə etiraz olaraq aclığı davam etdirir


Tale Bağırov

19 il həbsə məhkum edilən Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə iyunun 3-də aclığa başlayıb. O, inanclı insanların məhkəməsini izləməyə gəlmiş şəxslərin tutularaq işgəncəyə məruz qalmasına etiraz edir və həmin şəxslərə işgəncə zamanı Allahı təhqir edən hüquq mühafizə orqanlarının əməkdaşlarının üzr istəməsini tələb edir.

Leyla İsmayılzadə
Leyla İsmayılzadə

Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə Amerikanın Səsinə müsahibəsində bildirib ki, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlanılan beş nəfər dindarı özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən şəxlər işgəncəyə məruz qoyub.

Leyla İsmayılzadə: Tale Bağırzadə Allahı təhqir edənlərin cəzalandırılmasını tələb edir
please wait

No media source currently available

0:00 0:02:14 0:00

“İşgəncə verən şəxlər Allahı da söyüb. Hacı Tale Allahı söydüklərinə görə etiraz edir. O etiraz edir ki, həmin şəxslər müəyyən edilib cəzalansdırılsın. Yox, əgər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları deyillərsə, onların adından istifadə ediblərsə, yenə də onlar müəyyən edilib cəzalandırılsın. İşgəncə məsələsi ilk deyil, amma Allahın söyülməsi pik nöqtədir,” İsmayılzadə Tale Bağırzadəyə istinadən qeyd edib.

Onun sözlərinə görə, Bağırzadə iyunun 3-də aclıq aksiyasına başlaması ilə bağlı Qobustan Qapalı Həbsxanasının rəhbərliyinə yazılı müraciət edib.

Leyla İsmayılzadə iyunun 5-də həyat yoldaşı ilə telefonla danışıb.

“Talenin səhhətində hələ problemlər yaranmayıb. Amma o, aclığı sonadək, hətta ölüm olsa belə davam etdirməkdə israrlıdır. O deyir ki, Allahı qəbul edən hər bir şəxs etiraz etməlidir ki, həmin şəxslər tapılaraq cəzalandırılsın.”

Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Tale Bağırzadənin aclıq edib-etməməsi ilə bağlı xəbəri dəqiqləşdirmək mümkün olmayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə deyiblər ki, həmin şəxs (Tale Bağırzadə-red) “belə fikirlər səsləndiribsə, o tamamilə yanlışdır.”

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib. Bu zaman məhkəməni izləməyə gələn beş nəfər inanclı insan salxanılıb. Saxlanılan şəxslər Müsəlman Birliyi Hərəkatının üzvləri İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayev polisə müqavimət ittihamı ilə təqsirləndirilərək bir aylıq inzibati həbsə məhkum edilib.

Müsəlman Birliyi Hərəkatının sərbəst buraxılan digər iki üzvündən biri Mail Kərimov deyib ki, onu məhkəmənin qarşısında saxlayıb, əvvəlcə 22-ci polis bölməsinə (Bakının Nəsimi rayon Polis İdarəsinin bölməsi-red), sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Kərimov həm yolda, həm də idarədə işgəncələrə məruz qaldığını bildirib.

“Dedilər ki, əgər məhkəmələrdə yenə iştirak etsən zorlanacaqsan. Təcavüzə uğramamaq üçün kameranın önündə məhkəməyə getməyəcəyimə dair söz verdim,” o, mayın 23-də mətbuat konfransında bildirib.

Müsəlman Birliyi Hərəkatının digər üzvü Süleyman Ələkbərov da saxlanıldıqdan sonra 22-ci polis bölməsinə aparıldığnıı və daha sonra işgəncəyə məruz qaldığını bildirib.

“Məni bölmədən başıma qara torba keçirib çıxardılar, əllərimi arxadan bağlamışdılar. İdarədə mənə məhkəmədə iştirak etməməyimi dedilər. Məni yerə yıxıb, başımı təpikləməyə başladılar. Belimin üstünə çıxıb, hoppanıb düşürdülər. Daha sonra əllərini torbanın içinə salıb saqqalımı yolurdular. Ən pis söyüşlərlə söyürdülər, Allahı da söyürdülər,” o, mətbuat konfransında bildirib.

Daxili İşlər Nazirliyi Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncəyə məruz qalması ilə bağlı iddialarını əsassız və yalan olduğunu bildirib.

“Bir qrup şəxs həmin gün zərurət olmadan məhkəmənin önündə toplaşaraq səs-küy salıb, nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneələr yaradıb. Polis əməkdaşları yaxınlaşıb onlardan dağılışmağı və ərazini tərk etməyi tələb edib. Mail Kərimovla Süleyman Ələkbərov polisin qanuni tələblərinə riayət etməyərək asayişin pozulmasına yönələn hərəkətlərini davam etdiriblər,” Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.

Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Həbs olunanlar Bağırzadənin təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və başqa maddələri ilə günahlı bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya qüvvələri Ukraynanın şərqini və cənubunu atəşə tutub
please wait

No media source currently available

0:00 0:10:08 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG