Accessibility links

Rəsul Cəfərov: Əgər işgəncə faktı varsa susmaq olmaz 


Hüquq müdafiəçisi Rəsul Cəfərov

Bakı İnsan Hüquqları Klubu İctimai Birliyinin (BİHK) sədri Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda işgəncə faktlraının yaranma səbəbindən və bu faktların qarşısının alınması üçün beynəlxal nəzarət mexanizmlərindən danışıb.

Amerikanın Səsi: Müxalif fəallar son vaxtlar ölkədə işgəncə faktlarının artdığını deyir. Sizin təşkilat bu halları araşdırırmı? Bu iddialarla bağlı nə deyə bilərsiniz?

Rəsul Cəfərov: Ümumiyyətlə yanaşmamız ondan ibarətdir ki, işgəncə və qeyri-insani rəftar, ləyaqəti alçaldan rəftar qadağandır. Bu yeganə hüquqdur ki, işgəncəyə məruz qalmamaq hüququ heç bir halda məhdudlaşdırıla bilməz. Hətta yaşamaq hüququ hansı ki, insan həyatı ilə bağlı olan birbaşa hüquqdur. Onun özü belə müəyyən bir hallarda məhdudlaşdırıla bilər. Amma işgəncəyə məruz qalmamaq hüququ məhdudlaşdırılmamalıdır. Baş verən hadisələr baş verməsindən, harada, nə zaman, kimə qarşı olmasından asılı olmayaraq mütləq şəkildə araşdırılmalıdır. Təsdiqini tapdığı halda cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir.

Amerikanın Səsi: İşgəncə faktlarının yaranmasının səbəbləri nədən ibarətdir?

Rəsul Cəfərov: İlk növbədə səbəb cəzasızlıqla bağlıdır. Əvvəlki illərdəki işləri əsas götürsək, deyə bilərik ki, həmin işlərin vaxtında araşdırılması, müvafiq təqib vasitələrinin tətbiq edilməməsi onunla nəticələnib ki, ümumi bir cəzasızlıq mühiti var. İşgəncə verən və yaxud vermə potensialı olan tərəfdə bu, müəyyən bir rahatlıq yaradır. Ona görə, mütləq işgəncə faktları araşdırılmalı və müvafiq qaydada qanunvericiliyə uyğun olaraq təqib edilməlidir. İkinci səbəb ümumi hüquq-müdafiə mexanizmlərinin zəif olması ilə bağlıdır. Düzdür o istiqamətdə də müəyyən bir addımlar atılır. Amma prinsip etibarı ilə insanların həm də öz hüquqlarını bilməməsidir. Məsələn, biz bilirik ki, işgəncə ilə bağlı faktlar var ki, heç müraciətlər olmur. Az sayda müraciətlər olur. İstər hüquq-mühafiə orqanlarına, istər hüquq-müdafiə təşkilatlarına. Bu onun özü də özlüyündə bir səbəbdir.

Rəsul Cəfərov: Əgər işgəncə faktı varsa susmaq olmaz
please wait

No media source currently available

0:00 0:07:10 0:00

Amerikanın Səsi: İşgəncə faktlarının qarşısının alınması və aradan qaldırılması üçün beynəlxalq nəzarət mexanizmləri varmı?

Rəsul Cəfərov: Var. Azərbaycan vətəndaşları üçün digər mövcud olan mexanizmlər var. Avropa məhkəməsindən başqa, BMT-nin İşgəncə əleyhinə Komitəsi var. Həmin komitə vaxtaşırı ümumi bir monitorinq həyata keçirir, hər bir ölkə üzrə. Baş verən hadisələrlə bağlı narahatlıqlarını bildirirlər. Hökümətlərə çoxsaylı tövsiyələr verilə bilər ki, onlar həmin öz səlahiyyətləri çərçivəsində öz tövsiyyələrini icra etsinlər. Eyni zamanda BMT-nin İşgəncə Əleyhinə Komitəsi və İnsan Hüquqları Komitəsi fərdi şikayətləri qəbul edə bilər. Fərdi şikayətlər üzrə qərarlar açıqlaya bilər. Sadəcə bizdə daha aktualı Avropa məhkəməsi olduğuna görə, bu daha effektivdir.

Amerikanın Səsi : İşgəncə və ya qeyri insanı münasibətlə rastlaşmış insanlar və yaxud onların yaxınları ilk növbədə kimə və hara müraciət etməlidir? Rəsmi qurumlar müracitələri real mənada araşdırırmı? Hüquq müdafiəçisi kimi bu istiqamətdə hansı məsləhətlər verə bilərdiniz?

Rəsul Cəfərov: Əlbəttə, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Çünki işgəncə cinayət əməlidir. Cinayət əməli ilə bağlı şəxs dərhal hüquq-mühafizə orqanlarına məlumat verib, bu cinayət əməlin araşdırılmasını tələb etməlidir. Amma, paralel olaraq hüquq müdafiə təşkilatları var. Əgər işgəncə faktı cəzaçəkmə müəssisələrində, saxlanma yerində baş verirsə mütləq ombudsmana müraciət etməlidir. Biz şahidi oluruq ki, vətəndaşların özündə də narazılıqlar olur ki, sistem işləmir, hüquq mühafizə orqanları adekvat araşdırma aparmır. Sonra məhkəmədə də nəticə əldə etmək olmur. Bizim cavabımız elədir ki, başqa nə etmək olar? Müyyən hüquqi hədlər var ki, o hədlərə qədər etmək lazımdır. Bu işin üstünə getmək lazımdır. Əgər heç bir nəticə yoxdursa, Avropa məhkəməsinə müraciət edə bilər. Qətiyyən susmaq olmaz. Mənim ilk növbədə tövsiyyəm odur ki, fakt varsa o barədə məlumat verilməldir. Fikirləşməyin ki, bunun nəticəsi olmayacaq. Hər bir halda hüquq-mühafiə orqanlarına, hüquq müdafiə təşkilatlarına müraciət etməlisiniz.

Xatırlatma

Azərbaycan hakimiyyəti ölkədə insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir. Ölkə prezidenti Azərbaycanda fundamental azadlıqların, o cümlədən, söz, mətbuat, birləşmək, toplaşmaq azadlıqlarının tam təmin edildiyini, dini tolerantlığın hökm südüyünü bildirib. Rəsmi qurumlar bu vaxta qədər saxlanan ictimai-siyasi fəallara polisdə işgəncə verilməsi ilə bağlı iddiaları bir qayda olaraq, təkzib edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG