Accessibility links

Təbrizli cütlük nizama qarşı təbliğatda ittiham edilir


Təbrizdə milli fəal Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşan təqribən 10 gün nəzarətdə saxlanıldıqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Bu barədə məlumat yayan Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) internet səhifəsində iki fəalın "nizama qarşı təbliğat" və "nizama qarşı qruplaşmalara üzv olmaq"da suçlandığı qeyd edilib.

Keçən may ayının 28-də İranın kəşfiyyat qüvvələri tərəfindən nəzarət altına alınıb və iyun ayının 6-da müvəqqəti azadlığa buraxılan cütlüyün mühakimə prosesi davam edəcək.

Sima Əlipur və Davud Dirəxşanın 200 milyon tümənlik mülki zəmanət qarşılığında azad edildiyi bildirilib.

Ərk cəmiyyətinin yazdığına görə, "xanım Əlipur həbs müddətində özü və həyat yoldaşının ədalətsiz şəkildə saxlanılmasına etiraz olaraq aclıq aksiyasına başlayıb. Məmurlar 7 gün aclıqdan sonra xəstələnən türk fəalı iyunun 5-də həbsxananın klinikasına köçürüblər. Sima Əlipur əlavə olaraq ciddi ürək xəstəliyindən əziyyət çəkir və bu yaxınlarda keçirdiyi qəza üzündən ayağından xəsarət alıb".

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG