Accessibility links

Ali Məhkəmə hakiminin evinin yaxınlığında silahlı şəxs həbs edilib


Çərşənbə günü səhər tezdən Merilend ştatında Ali Məhkəmə hakimi Brett Kavanonun evinin yaxınlığında silahlı şəxs həbs edilib.

Rəsmilərin dediyinə görə, Kaliforniyadan olan adam 20 yaşlarındadır və əlində bıçaq və silah olub. Onun şəxsiyyəti hələlik açıqlanmayıb. Onun Kavanonu hədələdiyi bildirilir.

Bildirilir ki, həmin şəxs polisə məhkəmənin Roe v. Wade-i ləğv etmək üçün potensial addımından qəzəbləndiyini deyib. O, son həftələrdə baş verən kütləvi silahlı hücumlardan da qəzəblənib.

Sızdırılan sənəd məhkəmənin abortla bağlı əlamətdar qərarını ləğv etməyi nəzərdən keçirdiyini göstərdikdən sonra Ali Məhkəmənin bütün hakimləri gecə-gündüz təhlükəsizliklə təmin edilib. Bəzi abort tərəfdarları Kavanonun evinin yaxınlığında etiraz aksiyası keçirib, bəziləri isə Roe v. Wade-ə qarşı davanın ləğv olunacağı təqdirdə zorakılıqla hədələyib.

XS
SM
MD
LG