Accessibility links

VİP sədri Əli Əliyevin başlatdığı aclıq aksiyasına müavinləri də qoşuldu


VİP sədri Əli Əliyevin başlatdığı aclıq aksiyasına müavinləri də qoşuldu
please wait

No media source currently available

0:00 0:03:15 0:00

"Əli Əliyevə qarşı bu cür təzyiq varsa, biz də etirazımızı aclıqla bildirmək istədik"

Vətəndaş və inkişaf partiyasının sədr müavinləri Zaur Qasımov və Zeynal Abdullayev partiya sədri Əli Əliyevin ona qarşı irəli sürülən ittihamlara etiraz olaraq başlatdığı aclıq aksiyasına qoşulduqlarını elan ediblər. Bu barədə iyunun 8-də partiya qərargahında keçirilən mətbuat konfransında bildirilib.

Əli Əliyevin hüquqlarının müdafiəsi komitəsinin sədri Cahan Əliyeva konfransda çıxış edib:

"Mətbuat konfrandımızın məqsədi dünən keçirilən məhkəmə məzhəkə prosesində Əli Əliyevin aclıq aksiyasına başlaması və onun davamı kimi burda partiya üzvlərinin aclıq aksiyasına başlamasıdır."

İyunun 7-də Yasamal Rayon Məhkəməsində keçirilən prosesdən sonra Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev
aclıq aksiyasına başladığını demişdi.

Mətbuat konfransda hüquq müdafiəçisi Rüfət Səfərov da iştirak edib. O öz çıxışında "Müdafiə xətti" insan haqları təşkilatı olaraq, Əli Əliyevin aclıq aksiyasını nəzarətdə saxlayacaqlarını deyib:

"Əli müəllim bu gün öz fikirlərinə görə, son 6 ayda 3cü dəfədir ki saxta ədalətsiz ittihamlarla üzbəüzdür. Bu problem sadəcə VIP-in, Əli Əliyevin, Taleh bağırzadənin problemi deyil ki, yanlız onların partiyaları narahat olsunlar. Düşünürəm ki indiki halda söz və fikir azadlığının, insanların özünü ifadəetmə azadlığının problemidir ki, bu da dediyim kimi bir partiya bir hərəkat çərçivəsinə sığmalı deyil. Bu bütün cəmiyyətin problemidir."

Konfransda bildirilib ki, mövcud vəziyyəttlə bağlı Əli Əliyevin hüquqlarının müdafiəsi komitənin öz planları var.

Partiya sədrinin müavini Zaur Qasımov aclıq aksiyasının partiyanın qərargahında davam edəyini bildirib:

"Bu yoldan çəkinmək üçün heç bir təzyiq, təklif geri çəkdirməyəcək. Biz sona qədər mübarizəmizi aparacıyıq. Əli Əliyevin azadlığı uğrunda istənilən addım atılacaq . Biz öncədən müraciət etmişdik bizə rədd cavabı verildi aksiya ilə bağlı. Bu gün artıq müraciət etmək fikrində də deyilik. Nə addımı biz lazım biliriksə partiya olaraq biz o addımı atacağıq."

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev 2021-ci il noyabrında qəzaya uğrayan sərhəd xidmətinə məxsus helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun şikayəti əsasında böhtan ittihamı ilə 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Əliyev həbsdə olduğu müddətdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov ona qarşı ittiham irəli sürüb. Göyüşov iddia edir ki, onun şəxsi həyatına aid intim görüntülər sosial şəbəkələrdə yayılandan sonra Əliyev onu təhqir edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG