Accessibility links

Ərzaq qiymətləri rekord həddə çatdıqca qlobal aclıq təhlükəsi artır


BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKT) xəbərdarlıq edir ki, bahalaşan ərzaq qiymətləri üzündən qlobal aclıq səviyyəsi arta bilər. Baş verənlər əsasən Ukraynada cərəyan edən müharibə ilə əlaqədardır.

Təşkilatın son Ərzaq Proqnozu adlı hesabatında beynəlxalq miqyasda ərzaq qiymətlərinin record həddə çatacağı proqnozlaşdırılır. Bununla qlobal idxal ödənişlərinin $1.8 trilyon dollara çatacağı güman edilir.

ƏKT bildirir ki, dünyanın ən az inkişaf etmiş ölkələrində, səhraaltı Afrikada, və inkişaf etməkdə olan və əsasən idxal edən ölkələrdə insanlar ərzaq qıtlığından əziyyət çəkəcək.

ƏKT Bazarlar və Ticarət bölməsiin direktoru Boubaker Ben Belhassen deyir ki, bütün əmtəələr üzrə bazarlarda sıxıntılar gözlənilir.

O, baş verənləri bahalaşan qiymətlər, ekstremal hava şəratinin intensivliyi Ukrayandakı müharibə ilə əlaqədar bazarlarda hökm sürən qeyri-müəyyənlik və tiacrət siyasətlərində qəfil dəyişikliklərlə izah edir.

Təşkilat bildirir ki, insanları yedizdirmək üçün kifayət qədər ərazaq var, ancaq onu ehtiyacı olan adamlara çatdırmaq problematikdir. BenBelhassen deyir ki, Ukrayna və Rusiya taxıl, qarğıdalı, və günəbaxan yağı məshullarının əsas istehsalçılarıdır. Və Ukraynadakı müharibə həmin məhsulların dünya bazarına çıxışının qarşısını alır.

“Bizim təxminlərimizə görə bu məhsullar üzrə həm Rusiya, həm də Ukraynada ixracatda baş verən biləcək azalmalardan asılı olaraq 11-19 milyon arasında əlavə adam ac qala bilər,” Belhassen deyir.

Dünya Ərzaq Proqramı Rusiyanın Ukraynanın Qara Dənizdəki limanlarına qoyduğu blokadanı qaldrımadğı təqdirdə bəşəri fəlakət və kütləvi aclığın baş verəcəyi barədə xəbərdarlıq edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG