Accessibility links

Avropa İttifaqının rəhbəri Kyivə səfər edib


Avropa Komissiyasının sədri Ursula von der Leyen Kyivdə.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen şənbə günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə ölkənin bərpasını və Avropa İttifaqı üzvlüyü yolunda irəliləyişini müzakirə etmək üçün Kyivə səfər edib.

Zelenski şənbə günü Kyivdə naməlum bir yerdən çıxış edərək bildirib ki, ölkəsi “Rusiyanın başlatdığını bu müharibədə mütləq qalib gələcək.”

Hazırda Sinqapurda keçirilən Şanqri-La Asiya Dialoqu təhlükəsizlik sammitində çıxış edən Zelenski deyib ki, Ukrayna münaqişə səbəbilə ərzaq tədarükünü davam etdirməkdə çətinlik çəkir və dünyanın bəzi hissələri Rusiyanın blokadası səbəbindən “kəskin və şiddətli ərzaq böhranı və aclıq” ilə üzləşir.

Zelenski xəbərdarlıqladı eşitmək istəmirdi

Prezident Co Bayden cümə günü israr edib ki, ABŞ kəşfiyyatı Ukraynaya Rusiya işğalının qaçılmaz təhlükəsiz barədə xəbərdarlıq etməyə çalışıb, ancaq Zelenski “bunu eşirmək istəmirdi.”

Bayden bunu Los Ancelesdə keçirilən xeyriyyə aksiyası zamanı deyib. Orada o, dörd yadır davam edən müharibədə Ukraynaya dəstək toplamaq və möhkəmləndirmək üçün gördüyü işlərdən danışıb.

“İkinci Dünya müharibəsində bəri belə bir şey olmayıb. Bilirəm, çox insan bəlkə də, mənim şişirtdiyimi düşünür. Amma mən bilirdim ki, bizdə onun – yəni Rusiya Prezidenti Vladimir Putinin – sərhədi keçərək, ora daxil olacağını dəstəkləyəcək məlumatlar var idi.”

Zelenski müharibə zamanı liderliyi ilə insanlara ilham versə də, onun hərbi müdaxiləyə hazır olmaması mübahisəli məsələ olaraq qalır.

Fevralın 24-də müharibənin başlamasından həftələr öncə Zelenski Bayden administrasiyası rəsmilərinin Rusiyanın hərbi müdaxilə etmək ehtimalının yüksək olduğu ilə bağlı çox saylı xəbərdarlıqlarına qəzəbli şəkildə reaksiya verirdi.

Həmin zaman Zelenski müharibə ilə bağlı xəbərdarlıqların Ukraynanın zəif iqtisadiyyatına ziyan vurmasından narahat idi.

Bu gün Ukrayna rəsmiləri getdikcə müttəfiqlərinin “müharibədən tükənməsi” nətiəsində Qərbdən dəstəyin azalacağından narahatdırlar.

Onlar qorxur ki, Rusiya bundan istifadə edərək Ukraynaya kompromisə getmək üçün təzyiq göstərə bilər. Ukrayna Prezidenti Volodimir Zelenski indiyədək buna müqavimət göstərərək, Ukraynanın sülh üçün öz şərtlərini yerinə yetirəcəyini bildirib.

“Yorğunluq artır, insanlar özləri üçün bir növ [faydalı] nəticə istəyirlər, biz isə özümü üçün [başqa] bir nəticə istəyirik,” o deyib.

“Aydındır ki, Rusiya Qərbi yormaqda qərarlıdır və indi Qərb ölkələrinin yorulub, tədricən militant ritorikalarını daha mülayim ritorikaya dəyişməyə başlayacaqlar,” Penta Mərkəzinin siyasi təhlilçisi Volodimir Fesenko The Associated Press-ə müsahibəsində bildirib.

Ukrayna: Daha çox ağır silah

Bu arada isə Ukrayna ilə Rusiya arasında Ukryananın şərqində Severodonetskə nəzarət uğrunda döyüş cümə günü də davam edib.

Ukrayna rəsmiləri Qərbdən daha ağır silah, o cümlədən raket sistemləri və artilleriya üçün çağırışlarını artırıblar.

“Bu artıq artilleriya müharibəsidir,” Ukraynanın hərbi kəşfiyyatının rəhbərinin müavini Vadim Skibitski Britaniyanın Guardian qəzetinə müsahibəsində bildirib.

“İndi hər şey [Qərbin] bizə verdiklərindən asılıdır,” Skibitski deyib. “Ukraynada Rusiyanın 10-15 artilleriyasına qarşı 1 artilleriyası var. Bizim qərbli tərəfdaşlarımız bizə sahib olduqlarının 10 faizini veriblər.”

Bayden ötən həftə ABŞ-ın Ukraynanı Rusiyanın əsas hədəflərini daha dəqiq vurmağa imkan verəcək qabaqcıl raket sistemləri və sursatlarla təmin edəcəyini söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG