Accessibility links

ABŞ səfirliyinin təşkil etdiyi məcburi köçkün məktəbliləri üçün ingilis dili proqramı başa çatıb


ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə məcburi köçkün məktəbliləri üçün həyata keçirilən "Gələcək Liderlər üçün 10 aylıq İngilis Dili proqramı" başa çatıb.

ABŞ səfirliyinin məlumatına görə, proqramın həyata keçirilməsi nəticəsində Zəngilan, Laçın, Ağdam və Şuşa məcburi köçkün məktəblərindən olan şagirdlər nəinki ingilis dili biliklərini təkmilləşdirib, eyni zamanda liderlik, tənqidi təfəkkür və ictimai nitq qabiliyyətlərini artırıb.

"Onlar digər məcburi köçkün icmalarından olan həmyaşıdları ilə də əlaqə yaradıblar," məlumatda qeyd edilir.

Səfriliyin digər məlumatında isə deyilir ki, Xocalı və Kəlbəcər məktəblərinin şagirdləri üçün ABŞ Səfirliyinin dəstəyi ilə həyata keçirilən İngilis Dili Proqramı da uğurla başa çatıb.

ki illik proqram şagirdlərə ingilis dili bacarıqlarını inkişaf etdirməyə imkan verib. Şagirdlər Xocalı rayonunun Kosalar, Başkənd və Yaloba kənd tam orta məktəblərini, Kəlbəcər rayonunun 9, 10 və 11 saylı tam orta məktəblərini təmsil ediblər. ABŞ-da təhsil almış Azərbaycanın ingilis dili müəllimləri, habelə amerikalı müəllimlər şagirdlərə keyfiyyətli ingilis dili dərslərini tədris edib," ABŞ səfirliyi qeyd edib.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG