Accessibility links

Azərbaycanda son sutkada koronavirusa yoluxma halı qeydə alınmayıb


Koronavirus
Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Məlumata görə, Azərbaycanda indiyədək ümumilikdə 792 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 094 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 75 nəfərdir.

Ölkədə son sutka ərzində 1 150, hazırkı dövrədək isə 6 924 498 test aparılıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub.

Bu il aprelin 15-dən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbini ləğv edilib.

XS
SM
MD
LG