Accessibility links

Müsəlman Birliyi Hərəkatının üzvləri aclıq edənlərə dəstək məqsədi ilə mətbuat konfransı keçirib


İyunun 13-də Müsəlman Birliyi Hərəkatının bir qrup fəalı həbsdə olan dindarlrın aclıq aksiyası əlaqədar mətbuat konfransı keçirib.

Hərəkatın sədr müavini Elçin Qasımov bildirib ki, hazırda aclıq edənlərin sayı 10 nəfərdir, lakin hakimiyyət aksiyaya məhəl qoymur və aclıq edənlər haqda məlumat vermir.

"Biz bu məsələni sivil şəkildə həll etməyə çalışdıq, lakin görünür, hakimiyyət bunu istəmir," o deyib.

"Biz aclıq edənlərdən və onların ailələrindən danışmırıq, biz hakimiyyəti Allaha hörmət etməyə çağırırıq. Qoy, araşdırma aparsınlar və günahkarları cəzalandırsınlar," o qeyd edib.

Qasımov xatırladıb ki, hüquq müdafiəçisi Rüfət Səfərov ombudsmana müraciət edərək həbsxanada aclıq edənlərə baş çəkməyə və aclıq aksiyasının təşəbbüsçüsü Taleh Bağırzadənin vəziyyətini yoxlamağa çağırıb.

Xatırladaq ki, dindarlar aclıq etmələrinə dindarların saxlanılması və dindirilməsi zamanı polislərin təhqiramiz ifadələrinin səbəb olduğunu bildirir.

XS
SM
MD
LG