Accessibility links

ABŞ Dövlət Katibinin köməkçisi Azərbaycanda vətəndaş cəmiyyəti təmsilçiləri, jurnalistlər, siyasi xadimlərlə görüşüb


ABŞ Dövlət Katibinin Köməkçisinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə müavini Kara Makdonald

Azərbaycana səfəri çərçivəsində bu gün, iyunun 13-də ABŞ Dövlət Katibinin Köməkçisinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə müavini Kara Makdonald, səfir Litzenberqer və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, o cümlədən fəallar, hüquqşünaslar, jurnalistlər, həmçinin siyasi partiya nümayəndələri ilə görüşüb.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, xanım Makdonald ABŞ-ın bu gün ifadə, toplaşma və birləşmək azadlıqları da daxil olmaqla əsas hüquq və azadlıqlara hörmətin gücləndirilməsi, habelə demokratik proseslərin inkişafı üçün görülən səylərin dəstəklənməsində azərbaycanlıların yanında olmasını qeyd edib.

İctimai fəal Bəxtiyar Hacıyev bildirib ki, bu gün Kara Makdonald ilə bir saatlıq görüşü olub.

“Görüşdə regionda baş verən hadisələr, ölkədə ümumi və ayrı-ayrı fəalların, jurnalistlərin, müxtəlif qrupların qarşılaşdıqları insan hüquqları sahəsindəki problemlər haqqında geniş, açıq və səmimi müzakirə getdi, Bayden administrasiyasının gələcəkdə atmasını gözlədiyimiz addımlarla bağlı geniş fikir mübadiləsi apardıq. Xanım diplomat ABŞ prezidenti Baydenin demokratiya və insan hüquqları məsələlərinin xarici siyasətdəki yeri ilə bağlı mövqeyini paylaşdı. Sonra qarşılıqlı maraq doğuran mövzularda söhbəti davam etdirdik,” o qeyd edib.

REAL Partiyasının sədri İlqar Məmmədov ilə Kara Makdonald arasında da görüş olub.

“Söhbət zamanı Amerika və Azərbaycan arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində olan münasibətlərin gündəminə aid mövzular haqqında ətraflı fikir mübadiləsi aparılmışdır,” Məmmədov qeyd edib.

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu bildirir ki, Dövlət Katibinin Köməkçisinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə müavini ilə ABŞ Səfirliyində keçirilən görüşündə Azərbaycanda demokratiya və insan haqlarının durumu ilə bağlı fikir mübadiləsi aparılıb.

ABŞ Dövlət Katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə müavini Kara Makdonald (Kara McDonald) iyunun 13-dən 15-dək Azərbaycanda səfərdə olacaq.

ABŞ Səfirliyinin məlumatına görə, səfər zamanı o, hökumət rəsmiləri, demokratiya və insan hüquqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG