Accessibility links

Rüfət Səfərov: "Konstitusiyada təminat altına alınan əsas hüquqlardan biri də vicdan azadlığıdır"


“Müdafiə Xətti” və Müsəlman Birliyi Hərəkatı mətbuat konfransı keçirib
please wait

No media source currently available

0:00 0:02:54 0:00

İyunun 13-də “Müdafiə Xətti” insan haqları təşkilatı Müsəlman Birliyi Hərəkatı ilə birlikdə həbsdə olan inanclı şəxlərin aclıq aksiyası ilə əlaqədar mətbuat konfransı keçirib.

“Müdafiə Xətti” insan haqları təşkilatının həmtəsisçisi Rüfət Səfərov bildirib ki, hökumət vətəndaşların inanclarına, əqidələrinə hörmət və ehtiram ruhunda siyasət yürütməlidir:

“Azərbaycan Konstitusiyasının qüvvədə olan qanunvericilik aktlarını, eləcə də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədləri, Konvensiya və Bəyamnamələri əsas tuturuq. Orada da təminat altına alınan əsas hüquqlardan biri də vicdan azadlığıdır”.

Aclıq edənlər arasında Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, hərəkatın digər üzvləri onunla həmrəylik əlaməti olaraq aksiyaya qoşulublar. Onlar iyunun 3-dən polisin işgəncə tətbiq etməsinə və hüquq-mühafizə orqanları əməkdaşlarının allahı təhqir etməsinə etiraz edirlər və həmin şəxslərin cəzalandırılmasını tələb edirlər.

Hərəkatın sədr müavini Elçin Qasımov bildirib ki, hazırda aclıq edənlərin sayı 10 nəfərdir, lakin hakimiyyət aksiyaya məhəl qoymur və aclıq edənlər haqda məlumat vermir.

“Çıxardın görüntüləri, kimin başına kisə keçirilib, onları döyən yerdə həmin görüntüləri camaata göstərin. Deyin ki, döyüblər, amma təhqir etməyiblər. Ən azından nə üçün ictimaiyyətə açıqlanmır ki, məsələ müzakirəyə götürülüb, məsələ araşdırılmaya götürülüb. Hər kəsə məlumdur ki, səbəb nədir, nəyə görə aclıq olunur, nəyə görə bu insanlar məsələni gündəmə gətiriblər, nəyi tələb edirlər, nə istəyirlər. Nə üçün insanların tələbinə bu qədər laqeyd yanaşılır?”, deyə o bildirib.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə bildirib ki, Bağırzadənin səhhəti pisləşib və iki gündür hərarəti yüksəlib:

“Səsi yorğun gəlirdi, məlumdur ki, 10 gündür acdır. Söylədi ki, iki gündür hərarətim düşmür, yəni həkimlər müayinə edir, amma iki gündür hərarətim düşmür. Həkimlər də bildirirlər ki, bu, təhlükəli bir haldır. Soruşdum ki, gözqaralma, başgicəllənmə, belə halların olurmu, dedi bəli, onlar da olur”.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən aclıq edən şəxlərlə bağlı məlumat almaq mümkün olmayıb.

Taleh Bağırzadə və Müsəlman Birliyi Hərəkatının bir neçə digər üzvü 2015-ci ilin noyabrdında dövlət çevrilişinə cəhd, terrorçuluq itihamları ilə saxlanılıblar. 2017-ci ilin yanvarında Bağırzadə qeyd olunan ittihamlarla 20 ilə qədər azadlıqdan məhrum edilib.

Həmin cinayət işi ilə bağlı həbs olunan digərlərinə 14 il 6 aydan 19 ilə qədər həbs cəzası verilib. Onların bir qismi sonradan əfv sərəncamı ilə azadlığa buraxılıb. Taleh Bağırzadə ilə yanaşı 16 nəfər həbs olunub.

Onlardan heç biri bu ittihamları qəbul etmir və saxlanılarkən, eləcə də sonrakı günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG