Accessibility links

Janna Kavelye: Məhəmməd Mirzəli məsələsi diplomatik səviyyədə müzakirə olunmalıdır


Janna Kaveliye: Məhəmməd Mirzəli məsələsi diplomatik səviyyədə müzakirə olunmalıdır
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Janna Kavelye: Məhəmməd Mirzəli məsələsi diplomatik səviyyədə müzakirə olunmalıdır

İyunun 14-də səhər saatlarında Fransa polisi Anje şəhəri yaxınlığında iki nəfəri həbs edib. Sərhədsiz Reportyorlar təşkilatının bəyanatında deyilir ki, onlar bu ölkədə mühacirətdə olan bloger Məhəmməd Mirzəliyə sui-qəsd cəhdində şübhəli bilinirlər. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavelye Amerikanın Səsinə müsahibədə hadisə barədə məlumat verib və gələcəkdə bu cür halların qarşısını almaq üçün görülməli olan tədbirləri şərh edib.

Amerikanın Səsi: Bir neçə gün əvvəl Fransada azərbaycanlı videobloqer Məhəmməd Mirzəlini öldürmək üçün göndərilməkdə şübhəli bilinən iki nəfər həbs edilib. Bu məsələ haqqında bizə əlavə məlumat verə bilərsinizmi?

Janna Kavelye: Bəli, Fransada gömrük əməkdaşları bazar günü sifarişli qatil olmaqda şübhəli bilinən iki nəfəri həbs edib. Bu, Fransanın şərqində Anje şəhəri yaxınlığındakı magistralda baş verib. Polşada qeydiyyatda olan iki fərqli avtomobildə olan bu iki nəfərin GPS-i təyinat yeri olaraq Mirzəlinin ev ünvanını göstərib.

Amerikanın Səsi: Sərhədsiz Reportyorların bu məsələyə münasibəti necədir?

Janna Kavelye: Bu ilk dəfə deyil ki, Mirzəlinin həyatına sui-qəsd etməyə cəhd olunur. Bu dəhşətlidir, çünki bilirsiniz, hər şey ona işarə edir ki, belə görünür ki, bu sui-qəsd cəhdi Prezident Əliyev və onun ailəsinə yaxın insanlardan qaynaqlanır. Bu, bu blogerə qarşı üçüncü qətl cəhdidir. Ona görə də, biz onun həyatına görə çox narahatıq və bu işə Fransa və Azərbaycan hökumətləri tərəfindən ən yüksək səviyyədə baxılmasına çağırırıq. Bu məsələ diplomatik səviyyədə müzakirə olunmalıdır.

Amerikanın Səsi: Gələcəkdə belə cəhdlərin qarşısını almaq üçün hansı tədbirlər görülə bilər?

Janna Kavelye: Bu problemdir. Biz bu qatillərin Fransaya gəlmələrinin, Əliyevin ailəsinin yaxın müttəfiləqləri tərəfindən göndərilmələrinin qarşısını ala bilmərik. Ona görə də bunun diplomatik yolla həll olunmasına çağırırıq. Və məsələnin Azərbayan və Fransa tərəfindən ən yüksək səviyyədə müzakirə olunmasına çağırırıq. Çünki, bilirsiniz, Fransa hökuməti artıq öz işini görüb. Bəli, bu, dəhşətlidir, amma Mirzəli bizim Daxili İşlər Nazirliyi ilə olan əlaqələrimiz sayəsində qorunur. Bu, yeganə yoldur, biz bundan artıq heç nə edə bilmərik. O artıq qorunur, amma bir gün onların onun həyatına sui-qəsd cəhdi baş tutacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da Müstəqillik Günü paradında ölümcül silahlı hücum edilib
please wait

No media source currently available

0:00 0:08:39 0:00
XS
SM
MD
LG