Accessibility links

Cəfər İsmayılzadə Təbriz həbsxanasına göndərilib, Şiri qardaşları isə məhkəməyə çağırılıb


Davud və Əyyub Şiri qardaşları və Cəfər İsmayılzadə
Davud və Əyyub Şiri qardaşları və Cəfər İsmayılzadə

Hüquq müdafiəçiləri milli fəal Cəfər İsmayılzadənin Təbriz həbsxanasına göndərildiyi, Əyyub və Davud Şiri qardaşlarının isə Təbrizin Ümumi və İnqilab Prokurorluğuna çağırıldıqlarına dair məlumat yayıb.

İranın təhlükəsizlik qüvvələri milli fəal və peşəkar idmançı Cəfər İsmayılzadəni iyunun 7-də nəzarət altına alıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, İsmayılzadə təqribən 10 gün təhlükəsizlik qurumunun nəzarətində saxlanıldıqdan sonra Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi İsmayılzadənin iyunun 7-də Təbrizdəki evində nəzarət altına alındığını bildirmişdi. HRA-nın xəbərinə görə, "təhlükəsizlik qüvvələri türk fəalın evində axtarış aparıb, onun şəxsi əşyaları, o cümlədən üç ədəd fləş kard və oğlunun mobil telefonunu müsadirə ediblər".

HRA 2 həftəlik nəzarətdən sonra iyunun 2-də müvəqqəti azadlığa buraxılan Şiri qardaşlarının Təbrizin Ümumi və İnqilab Prokurorluğuna çağırıldıqlarını qeyd edib.

"Son müdafiə üçün prokurorluğa çağırılan Əyyub Şiri və Davud Şiri nizama qarşı təbliğat fəaliyyəti göstərməkdə ittiham edilir" , HRA bildirib.

Hüquq müdafiəçisi Jalə Təbrizli keçən günlərdə Amerikanın Səsinə verdiyi müsahibədə Şiri qardaşlarının məruz qaldığı basqılara diqqət çəkərək deyib ki, təhlükəsizlik qurumları İran Azərbaycanında təşkil olunan itisadi etirazların yayılmasını önləmək üçün milli fəallara basqı edirlər.

XS
SM
MD
LG