Accessibility links

Təbrizdə milli fəal Cəfər İsmayılzadə saxlanılıb


Hüquq müdafiəçiləri Təbrizdə milli fəal və peşəkar idmançı Cəfər İsmayılzadənin İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığına dair məlumat yayıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə görə, məmurlar İsmayılzadəni evindən aparıb.

"Təhlükəsizlik qüvvələri türk fəalın evində axtarış aparıb, onun şəxsi əşyası, o cümlədən üç ədəd fləş kard və oğlunun mobil telefonunu müsadirə ediblər" , HRA bildirib.

Fəalın hazırda harada və hansı səbəblərə görə saxlanıldığı bəlli deyil.

Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadə daha əvvəl də göstərdikləri fəaliyyətləri səbəbilə həbs və mühakiməyə məruz qalıblar.

Ata və oğul 2020-ci ildə "bölücü elanlar yayıb və ümumi məkanların lövhələri üzərində şüarlar yazaraq İran İslam Respublikasının müqəddəs nizamına qarşı təbliğat fəaliyyəti göstərmək" ittimahı ilə mühakimə edilərək 6 ay həbsə məhkum edilmişdilər. İsmayılzadələr həbs müddətini daha əvvəl Təbrizin mərkəzi həbsxanasında başa vurub.

Cəfər İsmailzadə İran Kikboksinq Federasiyasının rəsmi hakimi və məşqçisidir. Oğlu Milad İsmailzadə isə kikboksinq üzrə ölkə və beynəlxalq turnirlərində çempionluq qazanıb.

XS
SM
MD
LG