Accessibility links

Litva: Kalininqrad mallarına sanksiyalar qüvvəyə minir


Litva rəsmiləri bildirib ki, Aİ-nin sanksiyalarına məruz qalan malların Rusiyanın Kalininqrad anklavına öz ərazisindən tranzitinə qoyulan qadağa şənbə günündən etibarən qüvvəyə minir.

Qadağa xəbəri cümə günü bölgənin qubernatoru Anton Əlixanovun yerləşdirdiyi video vasitəsilə gəlib. Aİ-nin sanksiyalar siyahısına xüsusilə kömür, metallar, tikinti materialları və qabaqcıl texnologiya daxildir və Əlixanov qadağanın Kalininqradın idxal etdiyi məhsulların təxminən 50%-ni əhatə edəcəyini bildirib. Onun dərhal başlandığını Litvanın dövlət dəmir yolu xidmətinin yük bölməsi Avropa Komissiyasının sanksiyaların tətbiqi mexanizmi ilə bağlı "aydınlaşdırmasından" sonra müştərilərə göndərdiyi məktubda təsdiqləyib.

Vətəndaşları təşvişlə alış-verişə əl atmamağa çağıran Əlixanov iki gəminin artıq Kalininqrad və Sankt-Peterburq arasında yük daşıdığını, ilin sonuna kimi daha yeddi gəminin xidmətə veriləcəyini deyib.

"Bizim bərələrimiz bütün yükləri daşıyacaq" - deyə, o, şənbə günü bildirib. Litvanın dəmir yolu xidmətinin sözçüsü məktubun məzmununu təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib. Xarici İşlər Nazirliyi Reuters-in şərh sorğusuna cavab verməyib. Litvanın xarici işlər nazirinin müavini Mantas Adomenas ictimai yayıma bildirib ki, onun qurumu "Avropa Komissiyasından Kalininqrad yük tranzitinə Avropa sanksiyalarının tətbiqi ilə bağlı aydınlıq gətirməsini" gözləyir.

Aİ və NATO üzvləri Polşa və Litva arasında sıxışan Kalininqrad Rusiyadan Litva ərazisindən keçən dəmir yolu və qaz kəmərləri ilə təchizat alır. Rusiyanın Baltik dənizi donanmasının qərargahının yerləşdiyi yer, 1945-ci ilin aprelində Qızıl Ordu tərəfindən faşist Almaniyasından əsir götürülüb və İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqına verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya qüvvələri Ukraynanın şərqini və cənubunu atəşə tutub
please wait

No media source currently available

0:00 0:10:08 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG