Accessibility links

Yunan xilasediciləri Egeydə 100-dən çox miqrantı xilas edib


Yunanıstan sahil mühafizəsi bildirib ki, bazar günü səhər Egey dənizindəki Mikonos adasında 100-dən çox miqrant xilas edilib. Sahil mühafizəsinin AFP-yə verdiyi məlumata görə, liman polisi qəzaya uğramış gəmiyə Türkiyədən gələn üç qayıq və bir yedək gəmisi göndərilməsi ilə qəza çağırışına cavab verib.

108 nəfərin xilas edildiyi, 4 nəfərin isə itkin düşdüyü bildirilir. Xilas edilənlərin ziddiyyətli məlumatlarına görə, gəmidəki ümumi say təsdiqlənməyib.

Miqrasiya naziri Notis Mitaraçi daha əvvəl Tvitter səhifəsində səkkiz miqrantın itkin düşdüyünü, 104 nəfərin isə xilas edildiyini bildirmişdi. O, həmçinin Türkiyəni insan həyatını qorumaq və qaçaqmalçılıq şəbəkələrinin kökünü kəsmək üçün daha yaxşı iş görməyə çağırıb.

May ayında Yunanıstan səlahiyyətliləri bu ilin ən böyük cəhdi olmaqla, qonşu Türkiyədən bir gündə 600-ə yaxın miqrantın Egey dənizini keçərək onun ərazi sularına keçməsinin qarşısını aldıqlarını bildirib. Miqrasiya nazirliyi mənbəsi 2022-ci ilin ilk dörd ayında Yunan adalarına miqrasiya axınının keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faizdən çox olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG