Accessibility links

ÜST-nin Azərbaycandakı nümayəndəsi: Azərbaycana meymunçiçəyinin diaqnostikası üçün test gətirilməsi nəzərdə tutulub


Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı

"Azərbaycana meymunçiçəyinin diaqnostikası üçün minlərlə test gətirilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı təhlükə yoxdur".

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı iyunun 20-də jurnalistlərə açıqlamasında bildirib.

Hande Harmancının sözlərinə görə, Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib.

"Bu xəstəliyi aşkarlamaq üçün bir neçə test növü var. Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur. Bu müzakirələri Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə aparırıq. Təxminən minlərlə belə testin gətirilməsi nəzərdə tutulub," o bildirib.

O həmçinin qeyd edib ki, meymunçiçəyi COVID-19 kimi narahatedici səviyyədə deyil.

"Fərqli şəkillərdə yoluxduğu üçün insandan-insana çətinliklə keçir. Çox təlaşa düşməmək lazımdır. Lakin həmin xəstəliyi də müşahidə altında saxlamalıyıq," Hande Harmancı bildirib.

Dünyanın bir sıra səhiyyə rəsmiləri Avropada və başqa yerlərdə meymunçiçəyinə yoluxmaların artmasından narahatdır. Ekspertlər hazırkı meymunçiçəyi virusunun aktiv səpkisi olan şəxslə sıx dəri təması vasitəsilə yoluxduğunu qeyd edir. Onların fikrincə, bu, yoluxmalar aşkarlanan kimi xəstəliyin yayılmasının qarşısının alınmasını daha asan edir.

XS
SM
MD
LG