Accessibility links

Rusiyanın keçmiş dövlət katibi Bakıda vəfat edib


Arxiv fotosu: Rusiya Federasiyası hökumətinin keçmiş dövlət katibi və baş nazirinin birinci müavini Gennadi Burbulis
Arxiv fotosu: Rusiya Federasiyası hökumətinin keçmiş dövlət katibi və baş nazirinin birinci müavini Gennadi Burbulis

Rusiyanın keçmiş dövlət katibi və baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda oteldə meytinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırma aparılır.

Bu barədə Amerikanın Səsinə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

Rusiyanın sabiq dövlət katibi, baş nazirin keçmiş birinci müavini və iki çağırış Dövlət Dumasının deputatı Gennadi Burbulis iyunun 19-da 77 yaşında Bakıda vəfat edib.

Turan İnformasiya Agentliyinin verdiyi məlumata görə, ölüm Burbulis Azərbaycanın paytaxtında otellərdən birində saunada olarkən baş verib. Agentlik Burbulisun beynəlxalq forumda iştirak etmək üçün Bakıya gəldiyini yazır.

Öz növbəsində Rusiyanın Azərbaycandakı Səfirliyi Gennadi Burbulisin vəfatı ilə bağlı açıqlama verib. Məlumatda deyilir ki, "konsulluq xidmətinin işçiləri ailə üzvlərinə lazımi yardımı göstərir."

Gennadi Burbulis 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb. O, 1990-cı illərin əvvəllərində Rusiya prezidenti Boris Yeltsinə ən yaxın adamlardan biri olub və SSRİ-nin süqutu ilə bağlı Belovejskaya sazişlərinin hazırlanmasında və imzalanmasında iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG